Mücəddid () — İslamda zamanla köhnəlmiş şeylərin dinlə əlaqəsini yenidən bərpa edən, gücləndirən şəxslər üçün istifadə olunan termin.

Etimologiyası Lüğətdə "yeniləmək, yeni bir yol açmaq" mənalarındakı təcdid (), bir işi yaxud bir şeyi qətiyyətlə və metodiki olaraq yenidən və əslinə, mənşəyinə uyğun formada yeniləməyi bildirir. Təcdidi həyata keçirən şəxsə "mücəddid" deyilir. İhya () kəlməsi oxşar mənada istifadə olunsa da təcdid qədər rəğbət görməmişdir.

Mənası Təcdidi, "dində dəyişiklik edilərək bəzi şeylərin çıxarılıb, yerinə yeni şeylərin əlavə edilməsi" mənasında olmayıb, "zamanla zəifləmiş şeylərin dinlə əlaqəsini yenidən gücləndirilməsi" mənasındadır. Təcdid sözünün bugünkü mənasını qazanmasında Məhəmməd peyğəmbərin aşağıdakı hədisinin mühüm rolu olmuşdur:

Digər məsələlərdə istifadəsi Təcdid, İslam dinində şübhəli və ya təzələnmə ehtiyacı duyulan dəstəmaz, nikah və əqidə üçün də istifadə olunur.

Mücəddid adlandırılan alimlər Mücəddid adlandırılan alimlərin bəziləri aşağıdakılardır:

Əbu Hənifə Fəxrəddin Razi Şah Vəliyullah Dəhləvi Əbu Həmid əl-Qəzali İmam Rəbbani Şəvkani

İstinadlar Kateqoriya:İslam terminləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr