ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A. Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftəiçi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır.

4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.

Qardaş kanallar ATV Avrupa ATV HD A Xəbər A Xəbər HD Minika Çocuk Minika Go A Spor A Spor HD İzmir TV

Günümüzdə yayımladığı seriallar Tezliklə: Hamal Tezliklə: Evlat 2026:- Altı Üstü İstanbul (Bazar Ertəsi 21:00) 2026-: Güneşin Doğduğu Yer (Cümə Axşamı 21:00)

İstinadlar

Xarici keçidlər atv | Web atv | Facebook atv | Twitter atv | Google Plus atv | Instagram atv | Canlı

Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Türk dilində televiziya kanalları