Hüzeymə bint Nasir (; ) — Suriya və İraq kralı I Feysəlin xanımı, İraq kraliçası.

1884-cü ildə əkiz bacısı Müsbəh ilə Məkkədə dünyaya gəldi. Atası Hicaz kralı Şərif Hüseynin qardaşı Əmir Nasir Paşa, anası isə Dilbər xanımdır. 1904-cü ildə İstanbuldakı İstinyə sarayında əmisi oğlu Seyid Feysəllə evləndirildi. Eyni mərasimlə əkiz bacısı Müsbəh də əmisinin digər oğlu Seyid Abdullahla evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

Əzizə bint Feysəl (1905-1960), əslən yunan olan Anastassios Haralambideslə 1936-cı ildə gizlicə evləndi. Dinini dəyişərək pravoslav dininə keçdi. Əriylə birlikdə Rodos, Kipr və Londonda yaşadı. Cütlüyün övladı olmadı və 1943-cü ildə boşandılar. 2 il sonra ailəsiylə barışdı və Qüdsdə yaşadı. Xərçəng müalicəsi davam edərkən Londonda vəfat etdi. Racihə bint Feysəl (1907-1959), 1937-ci ildə Bağdadda leytenant Əbdülcabbar Mahmud Altayla evləndi. 14 iyul çevrilişi əsnasında İsveçrədə xərçəng müalicəsi alırdı. Bu səbəblə qətliamdan xilas oldu. Ancaq bir il sonra xərçəng səbəbilə İsveçrədə vəfat etdi. Rəfiyə bint Feysəl (1910-1934) I Qazi Mənbə

İstinadlar