Babazənan palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri.
Haqqında Babazənan palçıq vulkanı təzahürləri eyniadlı yüksəkliyin beş sahəsində qruplaşıblar. Bunlardan ən diqqətəlayiqi iri salzadan (60*50) ibarət Qırlıq gölüdür. Bakıdan 115 km cənub-qərbdə və Salyan şəhərindən 10 km cənub-şərqdə periklinalına aiddir. Qırışığın tağı və şimal-şərq qanadının tağyanı hissəsi tavandan 750 m dərinliyə qədər yuyulmuş məhsuldar, qat çöküntülərindən, qanadları isə akçaqıl, Abşeron və dördüncü dövr çöküntülərindən təşkil olunub. Qırışıq nisbətən meyilli şimal-şərq (25–35 dərəcə) və dik (60–80 dərəcə)cənub-qərb qanadlara malikdir. Qırışığın tağyanı sahəsi iki uzununa pozulma ilə mürəkkəbləşib. Qırlıq gölünün yerləşdiyi şimal-şərq pozulması yerdəyişmə amlitudası 200–700 m. olan fay səciyyəlidir. Vulkan uzununa və eninə pozulmaların kəsişmə qovşağında yerləşir. Seysmik kəşfiyyatın məlumatlarına görə, palçıq vulkanından şimal-qərbdə və cənub-şərqdə iki eninə pozulma Durovdağ sahəsini müstəqil tektonik blok kimi ayırır.
Həmçinin bax Axtarma-Paşalı palçıq vulkanı Qoturdağ palçıq vulkanı Xərə-Zirə adası palçıq vulkanı
İstinadlar
Kateqoriya:Azərbaycanın palçıq vulkanları