Azərbaycanda prezident seçkiləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60,90 % topladı və Azərbaycan Prezidenti seçildi.

Seçkidən əvvəl 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir.

Tomas Qoltz namizəd Nizami Süleymanovun seçiləcəyi təqdirdə Heydər Əliyevi Naxçıvandan dəvət edəcəyini və Etibar Məmmədovla birgə müxalifət hökuməti yaradacağını nəql etdiyini açıqlamışdır.

Nəticələri 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir. Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir: 38,0 faiz.https://web.archive.org/web/20041221080047/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1992.htm

Nəticələr +Təmsil etdiyiNamizədTopladığı səsSay%+/-Azərbaycan Xalq CəbhəsiƏbülfəz Qədirqulu oğlu Əliyev1 829 44860.86%YeniAzərbaycan Demokratik Ziyalılar İttifaqıNizami Süleymanov1 017 21733.84%YeniBitərəfYaqub Cavad oğlu Məmmədov51 1441.70%Yeni"Azərbaycan Demokratik İslahatlar Uğrunda" İctimai Birliyiİlyas Abbas oğlu İsmayılov20 2160.67%YeniAzərbaycan Xalq-Demokrat QrupuRafiq Turabxan oğlu Abdullayev15 6460.52%YeniBütün namizədlərin əleyhinə72 1002.40%Etibarlı səslərin sayı3 005 770Etibarsız səslərin sayı90 707Ümumi səslərin sayı3 096 477Seçicilərin sayıSeçici aktivliyi: 97,60%Mənbə:

Etirazlar Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.

İstinadlar

Xarici keçidlər "Elçibəy rayonda başçı kimi prezident seçkisinə qarışmamağımı yüksək dəyərləndirmişdi…"

Kateqoriya:Azərbaycanda prezident seçkiləri Kateqoriya:1992-ci ildə seçkilər Kateqoriya:1992-ci ildə Azərbaycan Kateqoriya:7 iyundakı hadisələr