Duzdağ palçıq vulkanı — Azərbaycan Respublikası Salyan-Neftçala şose yolundan 600 m, Xıllı kəndindən 4 km aralı yerləşir.

Haqqında

Duzdağ palçıq vulkanının diametri 0,6 km və 16 m nisbi yüksəkliyə malik vulkan konusu ətraf yastı soran düzənlik üzərində kəskin seçilir. Vulkan üst pliosen və qədim xəzər çöküntülərindən təşkil olunan eyniadlı antiklinal qırışıqda yerləşir. Təahürlər cənub-qərb qanadı üzrə keçən və 400 m amplitudalı qərb regional pozulmasında-fayda yerləşirlər. Onun ilk püskürməsi 1941-ci-cü il sentyabrın 7-də baş verib. 15 dəq.püskürən vulkanın krater sahəsinin şimal-qərb hissəsində, 11 saylı quyuda qaz tullanışı baş verib. Quyu divarlarının uçmasından sonra uzunluğu 140-150 m. olan çoxsaylı çatlar, aktiv qaz və palçıq çıxaran qrifonlar əmələ gəlib.

Həmçinin bax Qələndəraxtarma Böyük Kənizədağ palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Təbiətin möcüzəsi: Azərbaycanın “neft” vulkanları

Kateqoriya:Azərbaycanın palçıq vulkanları