Fudeyl ibn İyad ibn Məsud (; ) — Xorasanın ilk sufilərindən biri. Əbu Hənifənin tələbələrindən.
Həyatı Fudeyl ibn İyad 726-cı ildə Səmərqənddə anadan olmuşdur. O, bir müddət yolkəsənliklə məşğul olmuşdur. Sonra qulağına gələn bir Quran ayəsinin (əl-Hədid surəsi, 16-cı ayə) təsiri ilə tövbə edərək özünü zühd və təqvaya həsr etmişdir. Mənbələrə görə o, dövrünün ariflərindən və hikmətli sözlərin müəllifi olan şəxslərindən olmuşdur. Fiqhi Əbu Hənifədən öyrənmişdir.
Fikirləri Fudeyl ibn İyada görə dövlət adamları ilə əlaqəsi olmayan şəxs, onlarla əlaqəsi olub, gecələri namaz qılan, gündüzləri oruc tutan, cihad edən, ümrə və həcc ziyarətləri edən şəxsdən daha üstündür. Elə buna görədir ki, dövrünün xəlifəsi Harun ər-Rəşid ilə görüşmək istəməmiş, lakin israr üzərinə xəlifə ilə görüşdə onu sərt tənqid etmiş və xəlifənin hədiyyələrini də rədd etmişdir.
Tələbələri Fudeyl ibn İyadın tələbələri arasında aşağıdakı şəxslərin adı çəkilir:
Əli əz-Zöhdi (oğlu), İbrahim ibn Əşas, İbrahim ibn Şəmmas əs-Səmərqəndi, Qədim əd-Deyləmi.
Ölümü Zəhəbiyə görə, etibarlı hədis ravilərindən olan Fudeyl ibn İyad, 803-cü ildə Məkkədə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Hənəfilər Kateqoriya:Övliyalar Kateqoriya:Sünni müsəlmanları Kateqoriya:İslam tərcümeyi-halı