Eramızdan əvvəl 0-cı illər eramızdan əvvəl 9-cu illə eramızdan əvvəl 1-ci il arasındakı dövr, yəni eramızdan əvvəlki son doqquz ildir.

Bu, eramızdan əvvəl 0-cı illərdə baş vermiş hadisələrin illərə görə sıralanmış siyahısıdır.

Hadisələr

E.ə. 9

30 yanvar – "Avqustun sülh altarı" təntənəli şəkildə təqdis olundu. Pannoniya İlliriyanın bir hissəsi kimi Roma imperiyasına daxil edildi. İmperator Avqustun ögey oğlu olan Desim Klavdi Neron Markomannlara qarşı hərbi kampaniyaya başladı, lakin qısa müddət sonra atdan yıxılaraq öldü. Livi Roma tarixini onun təsisindən 9-cu ilə qədər əhatə edən 142 kitabdan ibarət Ab Urbe Condita Libri əsərini təxminən bu dövrdə tamamladı. Nəbatilər dövlətində (indiki İordaniya) kral IV Areta hakimiyyətə gəldi

E.ə. 8

Marobod Markomannların kralı oldu və Roma İmperiyasının Bohemiyada genişlənməsinə qarşı mübarizə apardı. Germanların Xerusk tayfasının başçısının oğlu Armini girov kimi Romaya aparıldı və orada hərbi təhsil aldı. İmperator Avqust Roma İmperiyasında əhalinin ikinci siyahıyaalınmasını həyata keçirdi. Senatın fərmanı Yuli təqviminin səkkizinci ayı İmperator Avqustun şərəfinə "Avqust" adlandırıldı.

E.ə. 7

7 may – Çin Xan sülaləsinin taxtına İmperator Ay-di çıxdı. Avqustun ikinci siyahıyaalınmasının nəticəsinə görə Roma İmperiyasında ümumilikdə 4 233 000 vətəndaş qeydə alıındı. Siyahıyaalınmanın konkret meyarları hələ dəqiq məlum deyil. Roma 14 inzibati bölgəyə bölündü.

E.ə. 6

Tiberi Rodosa çəkildi və bu İmperator Avqustun narazılığına səbəb oldu. O, bir neçə il sonra, b.e. 4-cü ilində Romaya geri çağırıldı və Avqustun övladlığa götürülmüş oğlu və varisi oldu.

E.ə. 5

Mart – Qartal bürcündə mümkün nova ulduzu göründü. Təxm. dekabr – Oğlaq bürcündə mümkün supernova hadisəsi qeydə alındı.

Kateqoriya:E.ə. 0-cı illər