Sergey Nikitiç Kevorkov () — erməniəsilli Azərbaycan-sovet balet artisti və xoreoqrafı, RSFSR-in əməkdar artisti (1936), Azərbaycanın əməkdar artisti (1943).
Həyatı 13 yaşında atası vəfat etmişdir. Sankt-Peterburqda peşəkar balet təhsili almışdır. 1908-ci ildən Ukrayna, Kislovodsk, Essentuki, Pyatiqorsk və Yekaterinodar teatrlarında çıxış etmişdir. 1920-ci ildən Bakı Axundov Teatrının artisti, solisti, sonra isə baş xoreoqraf. 1933–1937-ci illərdə Saratov Teatrının baş xoreoqrafı olmuşdur. Энциклопедия Русский балет
Axundov Teatrında "Koppeliya" (1925, Azərbaycan tarixində ilk balet), "Qu gölü" (1927, 1945), "Qırmızı xaşxaş" (1928), "Baxçasaray fəvvarəsi" baletlərini tamaşaya qoyub. ", "Esmeralda" (1939), " Qız qalası " (1940, İ. Hidayətzadə və V. İ. Vronski), "Don Kixot" (1945), "Şelkunçik" (1949), həmçinin rus ("İvan Susanin", "Knyaz İqor"), Avropa ("Faust") və Azərbaycan ("Koroğlu", "Nərgiz") operalarında rəqslərin bəstəkarı olmuşdur.К. А. Каримов, Сергей Никитич Кеворков, "Балет" энциклопедия. — Москва, изд-во "Советская энциклопедия", 1981.
Mükafatları "Şərəf nişanı" ordeni (17.04.1938) – Azərbaycan operasının, Azərbaycan musiqisinin, mahnı və rəqs sənətinin inkişafında müstəsna xidmətlərinə görə
İstinadlar
Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Rusiya balet artistləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri