Anar Zeynalov (; ) — Azərbaycan əsilli Estoniya güləşçisi.
Karyerası Anar Zeynalov 13 yanvar 1985-ci ildə Kohtla-Yarve şəhərində anadan olub. Güləş ilə 14 yaşından məşğul olmağa başlayıb. Doqquzqat (2005–2013) Estoniya çempionudur.
2005-2013-cü illər aralığında Estoniya yığmasının üzvü olub. Estoniyanı dörd dəfə (2009–2011, 2013) dünya çempionatlarında, altı dəfə (2008–2013) isə Avropa çempionatlarında təmsil edib. Dünya çempionatlarında ən yaxşı nəticəsi on beşinci yer (2011), Avropa çempionatlarında isə beşinci yer (2011) olub.
İstinadlar
Xarici keçidlər Anar Zeynalov The-sports.org saytında
Kateqoriya:Kohtla-Yarvedə doğulanlar Kateqoriya:Estoniya güləşçiləri Kateqoriya:Estoniya azərbaycanlıları