Vaşinqtonda CRJ700 qəzası — 29 yanvar 2025-ci ildə Amerika Hava Yolları 5342 reysi ilə uçuş həyata keçirən Bombardier CRJ701ER təyyarəsinin Birləşmiş Ştatlar Ordusuna məxsus UH-60L Black Hawk helikopteri ilə toqquşması.

Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi Potomak çayına düşüb və qəzadan sağ qurtulan olmayıb. Təyyarənin göyərtəsində 64 nəfər (60 sərnişin və 4 ekipaj üzvü), helikopterdə isə 3 ekipaj üzvü olub.

İstinadlar

Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:2025-ci ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:Helikopter qəzaları Kateqoriya:ABŞ-də aviasiya hadisələri Kateqoriya:29 yanvardakı hadisələr