Roman Polanski (; , doğum adı Raymund Roman Liblinq, ); ) — Böyük Britaniya, ABŞ və Fransa kinorejissoru.
Həyatı Hollivudda "Rozmarinin uşağı" və "Çin məhəlləsi" kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, "Doqquzuncu darvaza", "Oliver Tvist" kimi filmlərə imza atıb. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdur. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dən qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə gözaltına alınıb.
ABŞ-də keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-də ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib.
Filmoqrafiya
Qorxusuz vampir qatilləri (film, 1967) / The Fearless Vampire Killers Rozmarının uşağı (film, 1968) / Rosemary’s Baby Nə? (film, 1972) / What? Çin məhəlləsi (film, 1974) / Chinatown Dəniz quldurları (film, 1986) / Pirates Azğın (film, 1988) / Frantic Ölüm və qız (film, 1994) / Death And The Maiden Pianoçu (film, 2002) / The Pianist Kabus yazıçı (film, 2010) / The Ghost Writer
Uğurları
"Qızıl palma budağı", "Qızıl Şir" və "Oskar" mükafatlarının laureatıdır. O, "Pianoçu", "Çin kvartalı" və "Rozmarinin övladı" filmlərinə görə şöhrət qazanıb.
İstinadlar
Xarici keçidlər Sənətsevər. Roman Polanski
Həmçinin bax
Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransa rejissorları Kateqoriya:Fransa aktyorları Kateqoriya:Fransız ateistlər Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:Qızıl Qartal mükafatı laureatları Kateqoriya:Polşa kinorejissorları Kateqoriya:Polşadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:Yəhudi ateistlər Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Polşa kişi film aktyorları