Zilzəl-2/Zelzəl-2/Müşək-200 (, ) — İranın idarə olunmayan uzunmənzilli artilleriya raketidir. Zelzal-1/2/3 at missilethreat.com Yük maşını ilə atıla bilən 610 mm-lik Zilzəl-2 raketi 600 kq faydalı yük götürə və təxminən 200-250 km məsafəni qət edə bilir.
Ümumiyyətlə, Zilzəl seriyalı raketlərinin istehsalına 1990-cı ildən, kütləvi istehsalına isə 1993-cü ildən başlanılıb. Onların SSRİ-nin 9K52 Luna-M tipli (NATO təsnifatı ilə - FROG-7) raketinin əsaslanda icad olunduğu güman edilir.
Zilzəl-2 raketi Zilzəl-1 raketi əsasında hazırlanaraq, ilk dəfə 1998-ci ildə nümayiş olunub. Onun əsasənda da Zilzəl-3 raketi istehsal olunub.
Zilzəl-2 raketi Suriya, Hizbullah və Husilərə satılıb, Suriyada vətəndaş müharibəsində və Yəmən inqilabında istifadə olunub.
İsrail Milli Kəşfiyyat Xidmətinin (Mossad) verdiyi məlumata görə Zilzəl-2 raketləri İsrail dövlətinin təhlükəsizliyi üçün əsas təhdidlərdən biridir. Beləki, bu raketlər Livan ərazisindən İsrailin sıx məskunlaşma ərazilərinə zərbə endirmək üçün istifadə oluna bilir.
İsraildən verilən məlumara görə İran tərəfi Hizbullaha Zilzəl-2 raketlərini təhvil verməyinə baxmayaraq, onun istifadəsinə mütləq Tehrandan icazə alınır. İranın Livandakı keçmiş səfiri Möhtəşəmi Pur "İran qəzeti"nə verdiyi müsahibəsidə Zilzəl-2 raketlərinin Livana verildiyini təsdiqləyibIranian official admits Tehran supplied missiles to Hezbollah — Haaretz Daily Newspaper | Israel News .
Başqa variantı Zilzəl-2 raketi əsasənda hazırlanmış Suriya altilleliya raketi Meysəlun döyüşünün şərəfinə Meysəlun raketi adlandırılıb və ilk dəfə 2012-ci ildə aşkar edilib.
Meysəlun artilleliya raketinin əsas variantının maksimum uçuş məsafəsi 210 km, döyüş başlığının çəkisi isə 600 kq-dır. Bu raketin əsas variantda dairəvi ehtimal sapması 300 m, məhvetmə radiusu isə 600 m-dir.
Meysəlun raketində qatı yanacaqlı raket mühərrikindən istifadə edildiyinə görə işəsalma müddəti üçün 15 dəqiqədən çox vaxt tələb olunmur. Bu Suriya raketi yüksək dəqiqliyə malik hədəfləmə sisteminə malik olmadığına görə azönəmli hədəflər üçün istifadə edildiyindən aşağı reytinqli M-600 raketlərinə aiddir.
Meysəlun raketinin təkmilləşdirilmiş variantları taktiki qısa mənzilli ballistik raket hesab olunur. Onun hədəf məsafəsi 400 km və 600 km təşkil edir.
Meysəlun raketi Suriya Elmi Tədqiqatlar və Araşdırma Mərkəzi ilə Suriya Müdafiə Sənayesinin müştərək istehsalıdır.
thumb| Xəritədə mavi rəngdə Zilzəl-2-nin mövcud olduğu ərazilər qeyd olunub
İstinadlar
Kateqoriya:Raket kompleksləri Kateqoriya:Ballistik raketlər Kateqoriya:İran texnikası