Ağ Paltarlı Qadın (və ya Ağ Qadın) — müxtəlif xalqların folklorunda və şəhər əfsanələrində rast gəlinən ruh obrazı
O, adətən ağ paltar geyinmiş, gecələr və ya ay işığında görünən qadın kimi təsvir edilir. Bu obraz dünyanın bir çox mədəniyyətində itki, xəyanət və faciəvi ölüm mövzularına əsaslanır.
Ağ Paltarlı Qadın haqqında əfsanələrin əksəriyyəti aşağıdakı mövzular ətrafında qurulub: Ölümü əvvəlcədən xəbər verən ruh – Bəzi inanclara görə, onun görünməsi ailədə birinin ölümünə işarədir. Xəyanət və qisas – Əksər əfsanələrdə o, sevgilisi və ya həyat yoldaşı tərəfindən xəyanətə uğramış, öldürülmüş və ya intihar etmiş qadın kimi təsvir edilir. İnsanları qorxudan ruh – Bəzi versiyalarda o, gecə yollarda, tərk edilmiş qalalarda və qəbiristanlıqlarda insanlara görünərək qorxu yaradır. Müəyyən məkanlara bağlı ruh – Ağ Paltarlı Qadının adətən qəsrlərdə, şəlalələrdə, xarabalıqlarda və köhnə evlərdə peyda olduğu bildirilir. İtirdiyi doğmasını axtaran qadın – Bir çox mədəniyyətlərdə o, həyat yoldaşı, nişanlısı və ya övladını tapmaq üçün dünyanı dolaşan ruh kimi tanınır.
Qlobal versiyaları
Avropa
Almaniyada bu ruh adətən zadəgan qəsrlərində görünür və ailə üzvlərindən birinin ölümünü xəbər verir Caroline von Rochow: Vom Leben am Preußischen Hofe 1815–1852. Berlin, 1908, p. 291Griepentrog: Berlin-Sagen. 2010, S. 45fEberhard Cyran: Das Schloss an der Spree. 6. Aufl. Berlin, 1995, p. 363 .
İngiltərədə bəzi əfsanələrdə o, gizli xəzinənin yerini bildirmək üçün peyda olan ruh kimi təsvir olunur..
Çexiyada Rozmberk ailəsinin qızı Perxta ilə bağlı Ağ Paltarlı Qadın əfsanəsi məşhurdur.
Amerika Braziliyada Dama Branca (Ağ Qadın) adlanan ruh namus qətllərinin və zorakı ölümlərin qurbanı olmuş qadınların ruhu kimi tanınır. Kanadada Montmorensi Şəlaləsində ağ paltarlı qadının həyat yoldaşını itirən bir gəlinin ruhu olduğu bildirilir . ABŞ və Kanadada gecə avtomobil yolçularına görünən və qorxu yaradan sirli qadın obrazı yayılmışdır.
Asiya
Filippində ağ paltarlı ruhun yolda gəzən insanlara və sürücülərə göründüyü barədə əfsanələr mövcuddur . Yaponiyada "Kuchisake-Onna" (Parçalanmış Ağızlı Qadın) obrazı da bəzi versiyalarda Ağ Paltarlı Qadına bənzəyir.
Digər versiyalar
Macarıstan və İrlandiya əfsanələrində Ağ Paltarlı Qadın sevgi xəyanəti və ya zorakı ölümün qurbanı olur. Maltada Verdala Sarayında yaşayan ruhun bir zamanlar istəmədiyi bir evliliyə məcbur edilmiş qadın olduğu deyilir.
Hollandiya və Belçikada bu obraz "Witte Wieven" (Ağ Qadınlar) adı ilə tanınır və bəzən sehrbaz qadınlarla eyniləşdirilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kabus hekayələri Kateqoriya:Ruhlar (mifologiya) Kateqoriya:Asiya folkloru Kateqoriya:Folklorda təkrarlanan elementlər Kateqoriya:Qadın mifoloji varlıqlar