thumb|Mudan ritual zamanı Musok () və ya Muqyo () — Koreyada xalq dini. Xarici mənbələrdə bəzən Koreya şamanizmi () adlanır.
Mu () adlanan rəhiblər (və ya şamanlar) ruhlar və insanlar arasında vasitəçiliklə məşğuldur. Onlar təbiət ruhlarına, yerli ruhlarına, əcdadların ruhlarına və s. ibadət edirlər. Mu üçün fərqli sözlər işlənilə bilər (mudan, paksu və s.).
Adı
Koreya dilində bu din musok, muqyo və ya mu adlanır. Musok sözünü ilk dəfə işlədən Buddist folklorist İ Nın Hua () idi.《프리칭아카데미 》2008년 4월호, 한국 교회와 샤머니즘: 이해와 오해 사이에서, 이길용, 프리칭아카데미 Baxmayaraq ki, Yapon işğalı dövründə bu söz təhqiredici idi, hazırda o həm ümumiyyətlə Koreyalılar, həm də araşdırmaçılar arasında çox işlənilir.
Bu dinin rəhibləri mu () adlanır. XIX əsrdən başlayaraq onlar ingilisdilli mənbələrində şaman, Musok dini isə Koreya şamanizmi adlanır.
İnancları thumb|Kəndin yanında iki çansın (1906) Musok politeist dindir. Fövqəltəbii varlıqlar kuişin () adlanır. Onlardan formalaşan vahid bir panteon mövcud deyil. Hər bir rəhibin (şamanın) özünəməxsus ayrı panteonu ola bilər.
Bu varlıqlar arasında kaşin ( - ev tanrıları) var. Onlar evin müxtəlif yerlərində yaşayıb, onun sakinlərinin sülhü, rifahı və uzunömürlüyü üçün məsuldur. Bundan başqa, kəndlərin ənənəvi olaraq, çansın () adlı taxta (bəzən isə daş) sütunları olur. Onlar kəndi şər ruhlardan qoruyan iki generalı təcəssüm edirlər.
Tarixi
Musok dininin mənşələrini müəyyən etmək çətindir. Bunun səbəblərindən biri odur ki, onun ənənələri şifahi şəkildə ötürülürdü.
Bəzi tarixçilər iddia edir ki, Musok dininin mənşəyi Şimali Asiyanın "şamanist" ənənələrindən gəlir. O, Konfutsiçiliyin (e.ə. I əsr) və Buddizmin (b.e. IV əsri) Koreyaya gəlməsindən, və Daosizmin Koreyaya təsirindən (gec Koquryo dövrü) əvvəl mövcud idi. Vaxt keçdikcə, Konfutsiçiliyin, Buddizmin, Daosizmin və Xristianlığın cəhətləri Musok dininə təsir etmişdi.
Çoson dövründə Neokonfutsiçilik dövlətin baş ideologiyası olmuşdu. O zaman Musok rəhibləri (şamanları) onların müalicəvi gücləri üçün tanınırdı. Həstəlikləri müalicə etmək bacarmadıqları zamanı isə, onlar bəzən cəzalandırılırdı. Yapon işğalı dövründə də Musok həmçinin təzyiq altında idi.《우리역사 수수께끼》3부 조선 - 가깝고도 먼 나라, 조선의 진실:조선의 무당은 왜 의사 역할까지 했는가/이덕일 지음/김영사 1945-ci ilin avqustun 15-də Koreya yarımadası azad olub. Şimali Koreyada dövlətin təyziqi altında Musok az qala yox olub. Cənubi Koreyada da Pak Çon Hi박정희 정권당시 대한민국 정부에서는 학교 내 '미신타파교육', 무당 추방 등으로 무교를 탄압했다고 한다. 《우리가 아는 것들 성경에는 없다》/오경준 지음/홍성사 və ondan əvvəl Li Sın Man Musok dininə qarşı idilər. 1979-cu ildə baş verən Pak Çon Hinin qətli açıq təqibə son qoymuşdu.
1970-ci illərdən başlayaraq, Musok dininin Koreyanın qədim ənənəsi olduğu haqqında fikir bir sıra təhsilli Cənubi Koreyalı tərəfindən qəbul olunmuşdu. 1962-ci ildə qəbul olunmuş Mədəni Sərvət Müdafiəsi haqqında qanun bəzi folklorşünaslar tərəfindən mudan ənənələrini qorumaq üçün işlənilirdi.
Demoqrafiya left|thumb|Paksu və ya kişi mudan ritual zamanı. Cənubi Koreya. Mudan sözü həm qadınlar, həm də kişilər üçün işlənilir. Lakin, onların çoxu qadın olur. Kişi "şamanlar" üçün paksu () anlayışı var.
1983-cü ildə mudan birliklərinin 43000 üzvü var idi. XXI əsrin başlanğıcında Srafatinin saydığına görə, mudan sayı 200000-dən çox idi. Lakin, o həmçinin yazırdı ki, dəqiq rəqəmi müəyyən etmək çətindir. 2007-ci ildə 300000 iddiası yayımlanmışdı, amma o həmçinin şübhələr yaradır. Özəlliklə Seulda və Cecu adasında onların sayı böyük olduğu qeyd olunur.
Qeyri-koreyalı da mudan ola bilər, amma onların sayı çox azdır. Məsələn, 2007-ci ildə alman olan bir mudan haqqında sənədli film buraxılmışdı.
Həmçinin bax
Çin xalq dini Şintoizm Şamanizm Totemizm Animizm
İstinadlar
Xarici keçidlər
CHILSUNG SHAMAN TV
Kateqoriya:Musok