Mami Vata () — Qərbi Afrika, Şərqi Afrika və Cənubi Afrikanın folklorunda təsvir olunan su pərisi, su ruhu və ya tanrıça. Tarixi araşdırmalara görə, onun mənşəyi avropalılarla qərbi afrikalıların XV əsrdəki ilk təmaslarına gedib çıxır. Mami Vata Avropa su pərilərinin təsvirlərindən inkişaf edərək sonradan Afrikanın müxtəlif bölgələrindəki yerli tanrılar və ruhlar panteonuna daxil olub.
Tarixən Mami Vata Avropadan və ya başqa bir uzaq diyardan gələn ekzotik qadın varlıq kimi təsəvvür edilirdi. Çox vaxt ağdərili qadın kimi təsvir olunurdu və qərbi afrikalılar üçün xarici olan əşyalara xüsusi maraq göstərirdi. Onun ardıcılları bu əşyaları onun məbədlərində saxlayırdılar. XIX əsrin ortalarında Mami Vatanın ikonoqrafiyası xüsusilə Avropada məşhur olan ilan ovunçusu Nala Damacantinin təsviri ilə güclü şəkildə təsirlənmişdir. İlan ovunçusu təsvir tezliklə Mami Vatanın əvvəlki su pərisi ikonoqrafiyasını əvəz edərək bəzi Afrika bölgələrində daha məşhur olmuşdur.
Bundan əlavə, bəzi yerlərdə Hindistanlı tacirlərdən gələn hindu təsvirləri də Mami Vatanın təsvirlərinə təsir göstərmişdir. Papi Vata adlı kişi fiquru bəzi Mami Vata ənənələrində onun kişi əksi və ya yoldaşı kimi qəbul edilir həmçinin hindu tanrısı Hanumandan ilhamlanmış şəkildə təsvir olunur.
Mami Vata xüsusilə Afrikanın bəzi bölgələrində və Atlantik diasporasında hörmətlə yad edilir. Bununla yanaşı, bəzi Afrika xristian və müsəlman icmaları tərəfindən demonizə edilmişdir. O, müxtəlif media və ədəbi əsərlərdə də yer almışdır.
Etimologiyası Mami Wata, Mami Wota və ya Mammy Wata adları ingilis dilindəki mammy (ana) və water (su) sözlərindən əmələ gəlmişdir. Bu ad Qərbi Afrikada danışılan ingilis dili əsaslı Krio kreol dilindəki mami wata ifadəsi ilə bağlıdır, hansı ki, bu dildə su pəriləri anlamına gəlir.Oxford English Dictionary, s.v. “Mammy Water (n.), Etymology,” July 2023, https://doi.org/10.1093/OED/4033380279.
Mami elementi ingilis dilindəki mother (ana) sözündən götürülmüşdür. Lakin Mami Vatanın nə övladı, nə də ailəsi var. O, adətən heç bir sosial bağları olmayan, sərbəst və yad bir varlıq kimi təsvir olunur və afrikalı etnik qruplardan və ya əcdadlarından çox, avropalılarla əlaqələndirilir.Drewal 2002: 198.
İnkişafı Tədqiqatçılar Mami Vatanın mənşəyini XV-XVI əsrlərdə qərbi afrikalıların avropalı su pərilərinin təsvirləri ilə qarşılaşması ilə əlaqələndirirlər. Alim və eyni zamanda Mami Vatanın ardıcılı olan Henri Con Drevall bunu belə izah edir: Avropa folklorundakı iki quyruqlu su pərisi motivi də Mami Vatanın təsvirlərinə təsir edib. Bu xüsusilə Benin krallığında geniş yayılmışdı və portuqaliyalıların su pərisi təsvirlərinin təsirini əks etdirirdi. 1800-cü illərin ortalarında Almaniyanın Hamburq şəhərində hazırlanan və Avropada məşhur olan ilan ovunçusu Nala Damacantinin litoqrafiyası Mami Vata ilə əlaqələndirilməyə başlandı.Drewal 2013: 31. 1940-1950-ci illərdə hind tacirlərinin gətirdiyi hindu dini təsvirləri və filmləri Qana-Nigeriya sahillərində Mami Vatanın təsvirlərinə güclü təsir göstərmişdir. Drevall yorubalı Mami Vata pərəstişkarının Toqo şəhərində hindu şəkilləri satması ilə bağlı bu hekayəni qeyd edir:
Demonizasiyası Mami Vata bəzi Afrika xristian və müsəlman icmaları tərəfindən demonizə edilmişdir. Onun populyarlığı müstəmləkə dövründən etibarən geniş yayılmış və zamanla xristianlıqla sintez olunaraq Avropa təsiri altında olan təsvirlər və adətlərlə qarışmışdır.
2012-ci ildə Duvel yazırdı ki, son 20-30 il ərzində Mami Vata "Afrikaya məxsus yerli inancları aşağılamaq və demonizə etmək istəyən yevangelist (pentikostal) xristianlar və fundamentalist müsəlmanlar tərəfindən idarə olunan geniş və böyüyən dini hərəkatın əsas hədəfinə çevrilib". Bu qruplar üçün Mami Vata "əbədilik, günah və lənətlənmənin" təcəssümüdür.
İstinadlar
Ədəbiyyat Drewal, Henry John. 2002. “Mami Wata and Santa Marta” in Deborah D. Kaspin and Paul Landau. Editors. Images and Empires: Visuality in Colonial and Postcolonial Africa, pp. 193–211. University of California Press. Drewal, Henry John. 2013. "Local Transformations, Global Inspirations: The Visual Histories and Cultures of Mami Wata Arts in Africa" in Gitti Salami and Monica Blackmun Visonà. Editors. A Companion of Modern African Art, pp. 23–49. John Wiley & Sons, Inc. Wintrob, Ronald M. 1970. "Mammy Water: Folk Beliefs and Psychotic Elaborations in Liberia" in The Canadian Journal of Psychiatry|Canadian Psychiatric Association Journal, vol. 15, no. 2. Viewable online.
Xarici keçidlər
Abarbanel, Stacey Ravel. 2008. “Fowler Museum at UCLA to present Mami Wata: Arts for Water Spirits in Africa and Its Diasporas”. Fowler Museum at UCLA. Drewal, Henry John. 2008. “Exhibition Preview: Mami Wata: Arts for Water Spirits in Africa and Its Diasporas”. African Arts, Summer 2008. Gesila Uzukwu. 2023. "Crisis of Faith: Today's African Christians and Mami-Wata (Mother Water) Spirituality". Center for World Catholicism & Intercultural Theology (CWCIT). DePaul University. YouTube.
Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Afrika mifologiyası Kateqoriya:Su pəriləri Kateqoriya:İlahə ana Kateqoriya:Məhsuldarlıq ilahələri Kateqoriya:İlan ilahələr Kateqoriya:Tibb və sağlamlıq ilahələri Kateqoriya:Sevgi və ehtiras ilahələri