Cenni Kolder (d. 1941) — Şotland ədəbiyyatı tarixçisi və incəsənət xadimi.

Bioqrafiya Edinburqlu Cenni Kolder uzun illərdir ki, Şotlandiya ədəbi cəmiyyətinin üzvüdür. O Şotland, İngilis və Amerika ədəbiyyatı və tarixi fənləri üzrə tədris fəaliyyəti ilə məşğul olub. Bu istiqamətdə də tədqiqatlar aparmışdır.

O, ədəbi və tarixi mövzularda, o cümlədən Valter Skott, Robert Lüis Stivenson, Corc Oruell və Naomi Mitçisonun bioqrafiyaları da daxil olmaqla Şotlandiya tarixi və Şotlandiya mühacirətinə dair 28 kitab yazmışdır. Mühacirət və Şotlandiya diasporu ilə bağlı tədqiqatlar onun yaradıcılığında xüsusi yer tutur. O, 1978-ci ildən 2001-ci ilə qədər Şotlandiya Milli Muzeyinin, daha sonra isə Beynəlxalq Şotlandiya Muzeyinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə o, Şotlandiya Milli Muzeylərinin "Pionerlər - Kanadada şotlandlar" adlı sərgisinin təşkilinə kömək etmişdir. O, Şotlandiya PEN qeyri-kommersiya təşkilatının prezidenti idi.

Seçilmiş əsərləri

There Must Be a Lone Ranger: The myth and reality of the American Wild West. Hamish Hamilton, 1974 Huxley Brave New World and Orwell Nineteen Eighty Four. Edward Arnold, 1976

Stevenson and Victorian Scotland. Edinburgh University Press, 1984 Animal Farm and Nineteen Eighty Four. Open University, 1988 The Wealth of a Nation. Publications Office, Edinburgh, 1989 Scotland in Trust: The National Trust for Scotland, 1990

The Story of the Scottish Soldier, 1600-1914. National Museums of Scotland, 1992 Enterprising Scot: Scottish Adventure and Achievement. National Museums of Scotland, 1995

Scots in the USA. Luath Press, 2006

İstinadlar

Kateqoriya:Avtobioqrafiyalar