Qozlu (əvvəlki adı: Vaquas, daha əvvəlki adı: Qozlu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır.

Toponimikası XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə olunaraq Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə əvvəlki adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasını daşıyır.

Tarixi 1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelisavetpol quberniyasının Cavanşir qəzasının tərkibində Qozlu () adlı kənd qeyd olunur.

Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdərə rayonunun kəndləri