Ömirbəy təlxək () — qaraqalpaq və cənubi qazax folklorunun yumoristik personajı, lətifələr və satirik hekayələr qəhrəmanı. Hazırcavab qəhrəman olmaqla yanaşı, həmçinin kasıbların müdafiəçisi kimi də tanınan qəhrəman olub. Ədəbi obraz Ömirbəy sadə həyatı olan kasıb, orta yaşlı kişidir, evlidir. O, ailəsi ilə birlikdə Xivə xanlığının Çimbəy şəhəri yaxınlığındakı yurdda yaşayıb. Ömirbəyin mal-qarasına ona sadiq eşşəyi, həmçinin aclıq vaxtı yeyilən və ya satılan toyuq və xırdabuynuzlu heyvanları daxil idi. Ömirbəy yumor hissi güclü insan idi. Hazırcavab olması özü və ailəsini hakimiyyətin təqiblərindən xilas edə bilirdi. Ömirbəy səxavətli və mehriban insan idi, köməyə ehtiyacı olan hər kəsə yardımını göstəri, son tikə çörəyini dost və qonaqları ilə bölüşürdü. Solaxay yoldaşı Dosnazərə də köməklik göstərirdi. Ömirbəy kəskin sözləri və bəzən əməlləri ilə hakimiyyətdə olanların və varlıların: istər bəy, istər imam, istər tacir, istərsə də xanların hərisliyi, qəddarlığına qarşı mübarizə aparırdı. Ömirbəyin sevimli ifadələri "Ağıl və hiyləgərlik kasıbın silahıdır".
"Halal qazanc başqasının xalatından qiymətlidir".
"Xivə qazi-rəislərinin tərifindənsə, doğma kəndimin itinin hürməyini üstün tuturam".
Personajın tarixi Bəzi mənbələrə görə, Omirbəy Lakki XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Çimbəydə yaşamış əsl tarixi şəxsiyyət olub. Ağsaqqallar onun haqqında nağıllar danışıblar. Onun əslinin Qaraqalpaqıstandan olduğu müəyyən sənədli məlumatlarla təsdiqlənib. Lakin, onun eyni Ömirbəy olub-olmaması ilə bağlı şübhələr var, çünki qəhrəmanın adı bəzi lətifələrdə çəkilir, XVIII əsrdə "Qırx qız", "Şəryar" dastanları və digər əsərlərlə bərabər səslənirdi.
Tipologiyası Digər xalqlarda da oxşar folklor qəhərmanları vardır: Molla Nəsrəddin — azərbaycanlılar, türklər, bəzi şərq xalqlarında arasında; Aldar Kosa — qazaxlarda; Müşfiqlər — taciklərdə; Axmaq İvan — ruslarda; Hiyləgər Pyotr — cənub slavyanlarında; Coha — ərəblərdə; Pıl-Puqi — ermənilərdə; Herşel Ostropoler — Aşkenazi yəhudilərində; Nesterka — belaruslarda; Pekala və Tındale — rumınlar və moldovanlarda; Til Ulenşpigel — flamandlar və almanlarda.
Ədəbiyyatda "Qaraqalpaq xalq nağılları lətifələri" toplusu, o cümlədən Jolmirzə Aymirzəyevin "Omirbəyin həyatı" hekayəsi 1962-ci ildə nəşr edilmişdir. Şair İbrahim Yusupov öz əsərlərində Ömirbəy obrazına da yer vermişdir. Boris Privalovun "Ömirbəyin lətifələri" toplusu 1970-ci ildə rus dilində nəşr edilmişdir. Ömirbəyin lətifələri sovet dövründə də "Oqonyok", "Krokodil", "Muştum" jurnallarında dərc edilmişdi.
Xatirəsi Çimbəyin mərkəzində heykəltəraş Daribay Tajimuratovun yaratdığı "Ömirbəy və onun eşşəyi"nin abidəsi var. Nukus Dram Teatrında "Ömirbəy Lakkı" komediyası tamaşaya qoyulub. Qaraqalpaqıstanın Çimbəy rayonunda gənclər arasında "Ömirbəy lakkı liqası" (“Təlxək Ömirbəy liqası") yumor müsabiqəsi keçirilir.
İstinadlar
Kateqoriya:Tarixi şəxsiyyətlər Kateqoriya:Folklor personajları