Daqmar Barnov () — alman mədəniyyət tarixçisi; 1988-ci ildən ölümünə qədər Cənubi Kaliforniya Universitetinin "Məktublar, İncəsənət və Elmlər" kollecində alman və komparativ ədəbiyyat professoru kimi işləyib.Barnouw, Jeffrey. "Curriculum Vitae" . The University of Texas at Austin.Brown, Jane K. (Fall 2008). "In Memoriam: Dagmar Barnouw (1936–2008)". The German Quarterly, 81(4), vii–viii.

11 kitab və 150 məqalə müəllifi olan Barnovun əsərləri arasında "Veymar ziyalıları və modernlik təhdidi" (1988), "Almaniya 1945: müharibə və zorakılığa baxışlar" (1997) və "Boş havada müharibə: qurbanlar, cinayətkarlar və müharibədən sonrakı almanlar" (2005) əsəri də yer alır.Johnson, Pamela (1 May 2008). "In Memoriam: Dagmar Barnouw, 72" . USC Dornsife.

Erkən həyatı Berlin-Vilmersdorfda anadan olan Barnovun ailəsi, İkinci Dünya müharibəsi zamanı Drezdenin bombalanmasından sonra qaçqın həyatı yaşamışdır. Ölümündən qısa müddət əvvəl yazdığı bir essedə o, illəri belə xatırlayırdıBarnouw, Dagmar (2008). "Almost Memories / Almost True Stories" . German Quarterly.:

Bornovun ailəsi nəhayət, Baden-Vürtemberq əyalətinin Ulm şəhərində məskunlaşdı. O, ilk ali təhsilini Almaniyada başa vurdu və 1962-ci ildə Fulbrait təqaüdü qazanaraq Stenford Universitetində təhsil almaq imkanı əldə etdi. 1968-ci ildə Yeil Universitetindən doktorluq dərəcəsi aldı; dissertasiyası alman şairi Eduard Mörike haqqında idi. Bu araşdırma sonradan onun ilk kitabına çevrildi – "Heyranedici idrak: Eduard Mörike poeziyasında dil və reallıq" (1971).

Fəaliyyəti

tutduğu vəzifələr 1977-ci ildə Purdue Universitetində dosent olmuş, daha sonra ABŞ və Almaniyanın bir neçə universitetində dərs demişdir. Bu universitetlər arasında Braun Universiteti, Texas Universiteti (Ostin),Barnouw, Dagmar (2009). "The Fog of 'Evil': The Political Use of World War II in the Ongoing War on Terror". Socialism and Democracy. 23(1), 3–23. Kaliforniya Universiteti (San-Dieqo), Haydelberq Universiteti və Pittsburq Universiteti də var idi. 1985-ci ildə Cənubi Kaliforniya Universiteti pedaqoji fəaliyyətə başladı və 1988-ci ildə tam professor vəzifəsinə yüksəldi.

Tədqiqatları Barnovun araşdırmaları XX əsr Almaniyası ilə bağlı idi. O, xüsusilə İkinci Dünya müharibəsi vaxtı və ondan sonra adi almanların yaşadığı əzabları, eləcə də müharibə, Holokost və ABŞ-ın Yaxın Şərq müharibələrində iştirakı arasındakı əlaqəni tədqiq edirdi. O, Holokostun unikal və müəyyən mənada tarixdən kənar bir hadisə kimi qəbul edilməsinə qarşı çıxırdı.Stewart, Jocelyn Y. (24 May 2008). "Professor wrote on post-WWII guilt, suffering". Los Angeles Times. Almanistika üzrə alim Uilyam Raş, onun "Görünən yerlər", "Almaniya 1945" və "Boş havada müharibə" adlı üç kitabını "Arendt trilogiyası" adlandırmışdır, çünki bu əsərlər Hannah Arendtin polemikasını xatırladırdı.Rasch, William (February 2007). "Reviewed Work: The War in the Empty Air: Victims, Perpetrators, and Postwar Germans by Dagmar Barnouw". German Studies Review. 30(1), 221–223. Boş havada müharibə" kitabını dəyərləndirən siyasi elmlər üzrə mütəxəssis Manfred Henninqsen, Barnovun "gizlədilməmiş qəzəbini" vurğulamışdı.Henningsen, Manfred (Spring 2008). "Reviewed Work: The War in the Empty Air: Victims, Perpetrators, and Postwar Germans by Dagmar Barnouw". Shofar. 26(3), 171–174.

Əsərləri

Entzückte Anschauung Sprache und Realität in der Lyrik Eduard Mörikes. Munich: Fink, 1971. Thomas Mann Studien zu Fragen der Rezeption (with Hans R. Vaget). Bern and Munich: Lang, 1975. Elias Canetti. Stuttgart: Metzler, 1979. Die versuchte Realität oder von der Möglichkeit, glücklichere Welten zu denken: Utopischer Diskurs von Thomas Morus zur feministischen Science Fiction. Meitingen: Corian, 1985. Weimar Intellectuals and the Threat of Modernity. Bloomington: Indiana University Press, 1988. Visible Spaces: Hannah Arendt and the German-Jewish Experience. Baltimore: Johns Hopkins University Press, 1990. Critical Realism: History, Photography, and the Work of Siegfried Kracauer. Baltimore: Johns Hopkins University Press, 1994. Elias Canetti zur Einführung. Hamburg: Junius Verlag, 1996. Germany 1945: Views of War and Violence. Bloomington: Indiana University Press, 1997. Ansichten von Deutschland (1945): Krieg und Gewalt in der zeitgenössischen Photographie. Frankfurt am Main: Strömfeld/Nexus, 1997. Naipaul's Strangers. Bloomington: Indiana University Press, 2003. The War in the Empty Air: Victims, Perpetrators, and Postwar Germans. Bloomington: Indiana University Press, 2005.Biess, Frank (March 2006). "Biess on Barnouw, 'The War in the Empty Air: Victims, Perpetrators, and Postwar Germans'" . H-Net.Greene, Larry A. (October 2007). "Reviewed Work: The War in the Empty Air: Victims, Perpetrators, and Postwar Germans by Dagmar Barnouw". German Studies Review. 30(3), 665–666.

Kitab bölmələri "A Time for Ruins", in Wilfried Wilms and William Rasch (ed.). German Postwar Films: Life and Love in the Ruins. Palgrave Macmillan, 2008. "The German War", in Marina MacKay (ed.). The Cambridge Companion to the Literature of World War II. Cambridge: Cambridge University Press, 2009, 98–110.

İstinadlar Kateqoriya:Ostin Texas Universitetinin müəllimləri Kateqoriya:Heydelberq Universitetinin müəllimləri