Piter Prinql () — Kanadalı musiqiçi və teleaparıcı. Uşaqlığında Kanada Opera Şirkətində soprano müğənnisi idi.

1996-cı ilə qədər o, pop musiqisi ifa edirdi. Bundan başqa, Prinql müxtəlif musiqi alətlərində çala bilər, o cümlədən, termenvoksda.The Canadian Encyclopedia. Peter Pringle. 2014-cü ildə YouTube kanalında buraxdığı videosunda Piter Prinql gişqudi adlı Şumer musiqi alətində oynayıb Gilqameş dastanından bir hissəni oxuyub. Həmin video internetdə böyük maraq cəlb edib.

Adı

Vaxtı ilə Piter Prinql müxtəlif adlar altında fəaliyyət göstərirdi.Peter Pringle Bəzi internet forumlarında səhvən iddia olunurdu ki, onun əsl adı Devid Mürreydir və güya o, müğənni Enn Mürreyin qardaşıdır. Həqiqətən də, Enn Mürreyin belə adlı qardaşı var idi. Lakin, o musiqiçi yox, cərrah idi və o, 2021-ci ildə dünyasını dəyişib."David Carson MURRAY: OCTOBER 23, 1938 – OCTOBER 28, 2021". Dignity Memorial.

Həyatı

Prinql altı yaşında Kanada Opera Şirkətinin uşaq xorunda oxumağa başlayıb. 1960-cı illərdə o, Torontodan Nyu Yorka köçüb, orada lyutnya, Hindistanda isə surbahar çalmağa öyrənmişdi. Bundan sonra daha bir neçə il ərzində, Prinql müxtəlif ölkələrdə yaşayıb və fərqli adları altında mahnıları və kino musiqisi yazırdı. 1975-ci ildə, o Los Ancelesə köçərək Warner Records şirkəti ilə müqavilə imzalamışdı və 1976-cı ildə onun öz adı altında olan ilk albomu üzə çıxıb. 1980-ci ildə Prinql Monreala köçüb və ingilis və fransız dillərində pop mahnıları buraxmağa davam etmişdi.

1985-ci ildə o, bir sıra başqa Kanadalı musiqiçi ilə Efiopiyada aclığa qarşı Les Yeux de la faim adlı xeyriyyə sinqlı buraxmışdı."They're singing for someone else's supper". Montreal Gazette, April 26, 1985, 1968-ci ildə isə, Prinql QİÇS-ə qarşı xeyriyyə konsertində iştirak etmişdi."AIDS benefit a Canadian first". Montreal Gazette, April 23, 1986.

O, bir müddət "Miss Teen Canada" gözəllik müsabiqəsinin müntəzəm aparıcısı"Peter Pringle performs greatest songs of century". Toronto Star, September 27, 1990. və TVA kanalında varyete proqramlarının aparıcısı idi.

1998-ci ildə Prinql yenidən meydana çıxdı. Bu dəfə, termenvoks ifaçısı olaraq."Think flying saucers, robots and blobs". Toronto Star, June 9, 1998. O, iki müstəqil termenvoks albomu buraxıb, bu alətlə həm solo,"Ghouls of fine arts: Creepy cultural countdown to Halloween in Festival Macabre". Montreal Gazette, October 14, 2000. həm də Monreal Kamera Orkestrı ilə birgə konsert ifa etmişdi.

2007-ci ildən bəri Piter Prinql öz YouTube kanalında müxtəlif qədim dastanları və poemaları ifa edir. O cümlədən, Gilqameş dastanı, və hördi gördi musiqi aləti ilə ifa etdiyi Beovulf dastanı.Pringle, Peter , Canadian Theatre Encyclopedia

Diskoqrafiya

Peter Pringle (1976) Rain Upon The Sea (1981) Magicien (1981) Fifth Avenue Blue (1982) Pour Une Femme (1982) Souris-Moi (1984) Fantasies (1984) Chansons d'amour (1984)Pauvre Casanova (1985)Noel Coward: A Portrait (1987)Le Jeu d'amour (1991)Le Secret du Cantique des Cantiques (1992)Comme j'étais - comme je suis! (1996)Many Voices (2003)A Theremin Jewel BoxDancing Alone (2021)

Mükafatları

1978 və 1982. Ən perspektivli kişi müğənni üçün Cuno mükafatı. 1986. Ən yaxşı orijinal mahnı üçün Cini mükafatı (Kevin Hanter ilə Tobi Maktiq filmi üçün yazdığı Cold As Ice'' mahnısı)."New Genie ballots sent out after 'Cold as Ice' mix-up". Vancouver Sun, February 17, 1987.

İstinadlar

Xarici keçidlər

YouTube kanalı Discogs saytında diskoqrafiyası

Kateqoriya:Kanada musiqiçiləri Kateqoriya:YouTuberlər Kateqoriya:Kanada aktyorları