Anna Molka Ahmed (d. 13 avqust, 1917 – ö. 20 aprel, 1994) — pakistanlı rəssam və 1947-ci ildə müstəqillik qazandıqdan sonra ölkədə təsviri incəsənətin öncüllərindən biri olmuşdur. O, Lahordakı Pəncab Universitetində təsviri incəsənət professoru idi.

Həyatı və fəaliyyəti Anna Molka Ahmed 13 avqust 1917-ci ildə İngiltərənin London şəhərində yəhudi valideynlərdən Molli Brdijer adı ilə dünyaya gəlib. Onun anası polyak, atası isə rus idi. 1935-ci ildə, 18 yaşında İslam dinini qəbul etmiş və 1939-cu ilin oktyabrında Londonda təhsil alan Şeyx Ahmed ilə evlənmişdir.

O, Londondakı Müqəddəs Martin İncəsənət Məktəbində rəsm, heykəltəraşlıq və dizayn üzrə təhsil almış və Kral İncəsənət Akademiyasından təqaüd qazanmışdır.

1940-cı ildə Ahmed Lahora köçmüş və rəssamlıqla yanaşı, Pəncab Universitetində təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərmişdir. Professor Anna Molka Ahmed bu universitetdə hazırda İncəsənət və Dizayn Kolleci adlanan Təsviri İncəsənət Departamentini təsis etmiş və 1978-ci ilə qədər ona rəhbərlik etmişdir.

1951-ci ildə Anna, əri Şeyx Ahmed ilə boşanmış, lakin iki qızı ilə birlikdə Pakistanı tərk etməmiş və 20 aprel 1994-cü ildə vəfat edənə qədər orada yaşamışdır.

55 illik fəaliyyəti ərzində, o, mənzərələr, mövzu əsaslı monumental fiqurativ kompozisiyalar və düşüncəli, təsirli portretləri ilə tanınmışdır. Onun əsərləri qalın boya qatları (impasto texnikası) və parlaq, canlı rəng palitrası ilə seçilirdi.

Mükafatlar və təltiflər

Tamğa-ye imtiyaz (Mükəmməllik Medalı) (1963) – Pakistan hökuməti tərəfindən təsviri incəsənət təhsili sahəsində xidmətlərinə görə təqdim edilmişdir. 1969-cu ildə Pakistan Prezidentinin "Fəxri çıxış" mükafatı ilə təltif edilmişdir. Xudeja Tul Kubra Medalı

14 avqust 2006-cı il tarixində Pakistan Poçtu on pakistanlı rəssamın xatirəsini anmaq üçün 40 rupi dəyərində marka vərəqi nəşr etdi. Anna Molka Ahmed ilə yanaşı, bu siyahıya daxil olan digər doqquz rəssam aşağıdakılardır: Leyla Şahzadə, Əsgəri Mian Irani, Sadeqeyn, Ali Imam, Şakir Ali, Zahur əl-Əxlaq, Zübeyda Ağa, Ahmed Pervez və Bəşir Mirzə.

Ona həsr edilmiş Google Doodle 1 iyun 2020-ci ildə Google, ona həsr olunmuş Google Doodle ilə onu qeyd etdi.

İstinadlar