Qaraqulaq mədənçi quşu (Manorina melanotis) — Avstraliyanın cənub-şərqindəki malli meşəliklərinə endemik olan və nəsli kəsilməkdə olan balyeyən bir quş növü.

Taksonomiya

Qaraqulaq mədənçi quşu 1911-ci ildə Frensiz Erasmus Vilson (Francis Erasmus Wilson) tərəfindən müəyyən edilmiş O, daha geniş yayılmış sarıboğaz mədənçi quşu "M. flavigula" ilə yaxından qohumdur və qaraqulaq mədənçi quşunun taksonomik statusu müəyyən mübahisələrə səbəb olmuşdur. Bəzi tədqiqatçılar onu "M. flavigula"-nın yarımnövü hesab edirlər.

Davranış

Qaraqulaq mədənçi quşları kooperativ şəkildə çoxalırlar, çoxalma mövsümündə koloniyalarda yaşayırlar və çoxalma olmayan dövrlərdə kolluqlara yayılırlar. Bu dövrlərdə onların hərəkətləri haqqında az məlumat var.

2022-ci ildə növün sarıboğaz mədənçi quşu ilə cütləşdiyi bildirilmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1911-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər