Kerolayn Meri Barron (qızlıq soyadı Hoqart; d. 1940) — Britaniyalı orta əsrlər tarixçisi olub və hazırda təqaüddədir. O, London Universiteti Royal Hollouvey tarix departamentində təqaüdçü professor vəzifəsini tutur. Barronun tədqiqatları əsasən "son orta əsr Britaniya tarixi", xüsusilə "London şəhərinin tarixi", "II Riçardın hakimiyyəti dövrü və qadın tarixi" mövzularına aiddir.Caroline Barron. Royal Holloway, University of London. Retrieved 30 may 2015. O, təhsilini Oksford Universitetinin Somervill kollecində alıb. Barron 2008–2011-ci illərdə London və Midlseks Arxeoloji Cəmiyyətinin prezidenti olub. 2016-cı ilin iyununda Devid Heyi əvəz edərək Britaniya yerli tarix assosiasiyasının prezidenti seçilib. O, Oksford Universitetinin Somervil kollecinin fəxri üzvüdür və əvvəllər Somervil assosiasiyasının prezidenti olub.Exploring the Heritage of St Michael and All Angels Church, Great Tew , Somerville College, 18 iyun 2016 2019-cu ildə təhsilə verdiyi töhfələrə görə Böyük Britaniya imperiyasının Ordeni ilə təltif edilib."No. 62666". The London Gazette (Supplement). 8 iyun 2019. səh. B10.

Şəxsi həyatı Barron məşhur arxeoloq və dəniz kəşfiyyatçısı Devid Corc Hoqartın nəvəsidir. 1962-ci ildə o, klassik alim və daha sonra Oksford Universitetinin Müqəddəs Piter kollecinin rəhbəri olmuş Con Barron (1934–2008) ilə evlənib. Onların iki qızı olub.

Seçilmiş əsərləri Medieval London: Collected Papers of Caroline M. Barron, ed. Martha Carlin and Joel T. Rosenthal. Kalamazoo, Medieval Institute Publications, 2017. London in the Later Middle Ages: Government and People 1200–1500. Oxford, Oxford University Press, 2004. Pilgrim Souls: Margery Kempe and other Women Pilgrims. London, Confraternity of St James, 2004. Hugh Alley's Caveat: the Markets of London in 1598. London Topographical Society, 1988. (with Ian Archer and Vanessa Harding) Revolt in London 11th to 15th June 1381. Museum of London, 1981. The Parish of St Andrew Holborn: the history of the western suburbs of London from Roman times to the Second World War. London, 1979. The Medieval Guildhall of London. Corporation of London, 1974.

İstinadlar