Qaraçənəli kolibri (Archilochus alexandri) — Geniş yaşayış mühitini əhatə edən bir kolibri növ Onun yay arealı Qərbi Amerika ştatları və cənub-qərbi Kanadadadır. Köçəri quşdur, cənubda Meksikaya qədər qışlayır. Günəş işığında, qara çənəsini haşiyələyən "iridescent" bənövşəyi lələklərdən ibarət olan önlüyü nəzərə çarpır.

Taksonomiya Qara çənəli kolibri ilə Anna kolibrisinin hibridi "Trochilus" "violajugulum" adlanır. Qara çənəli kolibrinin həmçinin Anna, Lusifer, enli quyruqlu və Kosta kolibriləri ilə hibridləşdiyi bilinir. 2011-ci ilin məlumatlarına əsasən, bu növ bütün canlı amniotların ən kiçik genomuna malikdir, cəmi 0.91 pg (910 milyon cütlük).

Təsvir Qara çənəli kolibri 8.25 sm (3.25 düym) uzunluğundadır. Yetkin fərdlər yuxarıdan metalik yaşıl, aşağıdan isə yaşıl böyürləri olan ağdır. Dimdikləri uzun, düz və nazikdir. Yetkin erkəyin qara üzü və çənəsi, parlaq bənövşəyi önlüyü və tünd çəngəlvari quyruğu var. Dişinin ağ uclu tünd, yuvarlaq quyruğu var və boğazında ləkə yoxdur. Cavanların lələk örtüyü yetkin dişilərə bənzəyir, lakin bel lələklərdə buff kənarları var. Cavan erkəklərdə boğazlarında bənövşəyi lələklər də ola bilər. Cavanların yetkinlər kimi çəngəlvari quyruğu yoxdur. Balalar demək olar ki, lələksiz doğulur, lakin yumurtadan çıxdıqdan üç həftə sonra tam bir lələk dəsti yetişdirirlər. Cavanlar qış üçün köç etdikdən sonra noyabr ayında lələklərini dəyişməyə başlayırlar. Onların birinci yaşlarına qədər tamamilə yeni bir lələk dəsti olur. Qara çənəli kolibriyə oxşar növlərə enli quyruqlu kolibri, qırmızımtıl kolibri, kalliope kolibri, Allen kolibri, lusifer kolibri, Anna kolibri və Kosta kolibri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1846-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qərbi ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:20–24 ID olan Taksonbar