Federiko Kyeza (İt. Federoco Chiesa; 25 oktyabr 1997-ci ildə anadan olub) İtaliya yiğmasında və Liverpul FK klubunda, sol cinah vinger və hücumçu mövqeyində oynayan italyan futbolçu.
Keçmiş peşəkar futbolçu Enriko Kyezanın oğlu, Fiorentinanın gənclər akademiyasından çıxıb. Kyeza 2016-cı ildə əsas komandada debüt edib. O, dörd il klubda qalıb, bütün yarışlarda 153 oyunda 34 qol vurub. Kyeza 2020-21 mövsümündə Yuventusa a keçib, ilk mövsümündə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazanib. 2024-cü ildə Chiesa İngiltərəyə köçərək Premyer Liqa klubu Liverpul ilə müqavilə imzalayıb.
Beynəlxalq səviyyədə Kyeza 2018-ci ilin martında İtaliya yığmadında debüt edib. O, ölkəsinin UEFA Avro 2020-də qalib gəlməsinə kömək etmiş, turnirin simvolik komandasında seçilmişdur.
İstinadlar
Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri