"Anytime Anywhere" () – Yaponiya müğənnisi Milet tərəfindən buraxılmış sinql. "SME Records" tərəfindən 29 sentyabr 2023-cü ildə buraxılmışdır. 2023-cü ildə yayımlanmış "Frieren: Beyond Journey's End" animesinin bağlanış mahnısıdır. Animenin bəstəkarı Evan Koll mahnının söz yazarı və prodüseridir.

Buraxılması 2022-ci ilin sentyabrında "Frieren: Beyond Journey's End" manqasının anime adaptasiyası anons edilmişdir. Bir il sonra buraxılmış treylerdə "Yoasobi" qrupu tərəfindən ifa olunan "Yūsha" mahnısı ilə yanaşı Milet tərəfindən ifa olunan "Anytime Anywhere" mahnısı da yer almışdır. Mahnı 29 sentyabr 2023-cü ildə – anime serialının premyerasının baş tutduğu gündə rəqəmsal sinql kimi buraxılmışdır. 11 dekabrda Milet sinql ilə eyni adı daşıyan, sayca səkkizinci minialbomunu anons etmişdir. Minialbom 31 yanvar 2024-cü ildə buraxılmışdır. Milet "5am Tour" adlı turu zamanı mahnını ifa etmişdir.

Musiqi videosu "Anytime Anywhere" mahnısı üçün musiqi klipi 6 oktyabr 2023-cü ildə Miletin rəsmi "YouTube" kanalında buraxılmışdır.

Mükafatlar + "Anytime Anywhere" üçün mükafat və namizədliklər Mərasim İl Mükafat Nəticə Anime Qrand Priks 2024 Ən yaxşı tema musiqisi Anime Trendinq Mükafatı 2025 İlin bağlanış mahnısı Asiya Pop Musiqi Mükafatı 2023 Ən yaxşı söz yazarı Yaponiya Ekspo Mükafatı 2024 Ən yaxşı bağlanış mahnısı üçün daruma

Qeydlər

İstinadlar

Kateqoriya:Frieren Kateqoriya:2023-cü ilin sinqlları Kateqoriya:2023-cü ilin mahnıları Kateqoriya:Anime mahnıları