Meri Dorin Lobel (qızlıq soyadı Rocers) (d. 25 iyun, 1900 – ö. 1 dekabr, 1993) tarixçi idi və "Viktoriya Qraflığı Tarixi" nin bir neçə cildini, həmçinin üç cildlik "Tarixi şəhərlərin Britaniya Atlası"nı redaktə etmişdi.

Bioqrafiyası Meri Dorin Rocers (Lobel) 25 iyun 1900-cü ildə Bristol şəhərində anadan olmuşdur. Onun atası Frederik Uilyam Rocers daş taciri, anası isə Blanş Meri (Laiəns) idi. Ailəsi güclü sufrajistlərdən ibarət idi və sufrajicist yığıncaqlarına ev sahibliyi edirdi. Sufrajist (ing. suffragist) qadınlara seçki hüququnun verilməsini müdafiə edən şəxsə deyilir. XIX və XX əsrlərdə, xüsusilə Böyük Britaniya və ABŞ-da, qadınların səsvermə hüququ uğrunda mübarizə aparan insanlara bu ad verilirdi. Sufrajistlər dinc yollarla, məsələn, petisiyalar, mitinqlər və məqalələr vasitəsilə qadınların siyasi hüquqlarını genişləndirməyə çalışırdılar. O, Klifton liseyində təhsil almış və Uolter Eving Kramın kopt lüğəti üçün tərcümələrin kataloqunun tərtibində ona kömək etmişdi.

Kram vasitəsilə o, özündən 12 yaş böyük olan tədqiqatçı Edqar Lobellə tanış oldu və cütlük 1918-ci ilə qədər demək olar ki, nişanlı sayılırdı. 1919-cu ildə Lobel Oksforddakı St. Huqs Kollecinə daxil olaraq tarix ixtisası üzrə təhsil aldı və 1922-ci ildə məzun olduqdan sonra Norviç Liseyində tarix müəllimi kimi çalışdı.

Lobellər 24 avqust 1927-ci ildə evləndilər və Oksforda köçdülər. Edqar 1982-ci ildə vəfat etdi və Lobel tək qaldı, Altsheymer xəstəliyindən əziyyət çəkdi. Daha sonra o, Banberidəki Vardinqton Haus qocalar evinə yerləşdirildi və 1 dekabr 1993-cü ildə orada vəfat etdi. O, öz mirasını St. Huqs Kollecinə, Somerville Kollecinə və Tarixi Şəhərlər Fonduna vəsiyyət etdi.

Meri Lobel 1930-cu illərdən etibarən Viktoriya Qraflığı Tarixi layihəsi çərçivəsində Oksfordşir Qraflığının Tarixi kitabının redaksiya heyətinin üzvlərindən biri olmuş və 1950-ci illərdən 1972-ci ilə qədər bu qraflığın baş redaktoru kimi fəaliyyət göstərmişdir. Daha sonra isə o, Britaniya Tarixi Şəhərlər Atlasının üçcildlik nəşrinin redaktəsi ilə məşğul olmuşdur. Viktoriya Qraflığı tarixini redaktə etdiyi dövrdə Lobel həm də Oksforddakı Somerville Kollecində kitabxanaçı vəzifəsində çalışmışdır.

Lobel 1990-cı ildə Britaniya imperiyası ordeni ilə təltif olunmuşdur.

Əsərləri

Viktoriya Qraflığı tarixi

Redaksiya heyətinin üzvü: Salzman, Louis F.; Page, W.H.; Salter, Herbert E.; Lobel, Mary D; Crossley, Alan. A History of the County of Oxford. Victoria County History. 1. Archibald Constable and Co. 1939. Redaktoru olub,: Herbert E. Salter ilə birgə: Redaktor: Redaktor: Redaktor: Redaktor: Redaktor, with Alan Crossley: Redaksiya heyətinin üzvü:

Tarixi şəhərlər Atlası

Redaktor: Redaktor:

İstinadlar