Stiv Vitkof (; ) — amerikalı milyarder, hüquqşünas, diplomat və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi. O, Witkoff Group-un yaradıcısı və sədridir. Karyerasına daşınmaz əmlaka investisiya və inkişafa keçməzdən əvvəl daşınmaz əmlak üzrə vəkil kimi başlamışdır. Onun məşhur satınalmalarına Daily News Building, Vulvort Bildinq, 33 Maiden Lane və Manhettendəki Park Lane Hotel daxildir. Vitkofun Yaxın Şərqdə geniş biznes əlaqələri var.

2020-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə Vitkof ABŞ-də COVID-19 pandemiyasının iqtisadi təsiri ilə mübarizə aparmaq üçün yaradılmış Böyük Amerika İqtisadi Dirçəliş Sənaye Qruplarının üzvü idi. 2024-cü ilin noyabrında o vaxtkı seçilmiş prezident Donald Tramp Vitkofu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqlamışdı. O, rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı.David E. Sanger and Michael D. Shear (January 15, 2025). "How the Cease-Fire Push Brought Together Biden and Trump's Teams," The New York Times. Yaxın Şərqdən əlavə o, Trampın Rusiya prezidenti Vladimir Putinə de-fakto elçisi olmuşdur. İstinadlar

Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları Kateqoriya:ABŞ iş adamları Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:ABŞ diplomatları Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:Donald Tramp