Ute Vartenberq (d. 1963) — Alman numizmat və Amerika Numizmatika Cəmiyyətinin ilk qadın prezidenti və icraçı direktoru. Vartenberg həmçinin Kolumbiya Universitetində klassik filologiya üzrə adyunkt-professor (köməkçi professor) kimi çalışır və yunan sikkələrindən ibarət şəxsi kolleksiya olan Amastris Kolleksiyasının kuratorudur. Vartenberg Oksford Universitetində Rods təqaüdü ilə Papirologiya və Klassik Ədəbiyyat üzrə doktorluq dərəcəsi almış və daha sonra orada dərs demişdir. Amerika Numizmatika Cəmiyyətində iyirmi il icraçı direktor kimi fəaliyyət göstərdikdən sonra tədqiqat kuratoru kimi çalışmış və 2020-ci ildə Amerika Numizmatika Cəmiyyətinin prezidenti seçilmişdir.

Fəaliyyəti O, bakalavr təhsilini Saarbryukken Universitetində almış, burada qədim tarix üzrə ixtisaslaşmışdır. Daha sonra Oksford Universitetində Rods təqaüdçüsü kimi humanitar elmlər fakültəsində Oksirinx papiruslarından bəziləri adlı dissertasiya işi yazaraq 1990-cı ildə doktorluq dərəcəsi əldə etmişdir. 1991-1998-ci illərdə Vartenberg Britaniya Muzeyində yunan sikkələri üzrə kurator vəzifəsində çalışmışdır. Daha sonra Amerika Numizmatika Cəmiyyətinin icraçı direktoru kimi iyirmi il ərzində fəaliyyət göstərmişdir. 2000-ci ildə, ANC-nin büdcə kəsirini azaltmaq üçün cəmiyyətin fəaliyyətini yenidən təşkil edərək, təşkilatın ofisini Manhettenin Maliyyə Bölgəsinə köçürmüş və daha sonra ikinci dəfə SoHo bölgəsinə daşınmasını təmin etmişdir.

2002-ci ildə o, ABŞ Xəzinədarlığının Vətəndaş Xatirə Sikkələri Məsləhət Komitəsinə təyin edilmiş və daha sonra bu komitənin sədri olmuşdur. 2003-2007-ci illər arasında isə Vətəndaş Sikkələri Məsləhət Komitəsinə rəhbərlik etmişdir. 2017-ci ildə, Vartenberg Saxta Pullarla Mübarizə Təhsil Fondunun Saxta Pullarla Mübarizə İşçi Qrupunun üzvü təyin edilmişdir.

2008-ci ildən etibarən Nyu-Hempşirdə yerləşən Avqustus Sent-Qaudens Memorialının rəhbəri olmuşdur. 2015-ci ildən isə Beynəlxalq Numizmatika Şurasının üzvüdür. 2019-cu ildə, Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Pul və Bank Muzeyləri Komitəsinin sədri seçilmişdir.

Tədqiqatları Vartenberg numizmatika üzrə müxtəlif elmi jurnallarda və numizmatik nəşrlərdə çoxsaylı məqalələr çap etdirmiş və mühüm elmi əsərlərə redaktor, həmmüəllif və ya töhfə verən kimi qatılmışdır. Onun ən tanınmış işlərinə aşağıdakılar daxildir:

"Ağ Qızıl: erkən elektrum sikkələri üzrə tədqiqatlar" (ANC baş kuratoru Peter van Alfen ilə birlikdə) "Presbeus: qədim sikkələr üzrə tədqiqatlar (Riçard Eştona həsr olunub)" (Endryu Midous ilə birlikdə) "ΚΑΙΡΟΣ: Numizmatikaya töhfələr – Bazil Demetriadinin şərəfinə".

Mükafatları və fəxri adları

2002 — Numizmatika Səfiri seçilmişdir. 2008 — London Antikvarlar Cəmiyyətinin üzvü seçilmişdir. 2015 — Almaniyanın Beynəlxalq Pul Tarixi Cəmiyyətinin fəxri mükafatına layiq görülmüşdür 2017 — Polşanın Vrokłau şəhərində Qonaq professor olmuşdur.

Şəxsi həyatı Vartenberg Oksford Universitetində klassik filologiya üzrə təhsil almış Conatan Kaqan ilə evlidir.

Istinadlar