İncəsənət və sənətkarlıq muzeyi — Parisdə yerləşən və 1794-cü ildə elmi avadanlıqların və kəşflərin mühafizəsi üçün anbar kimi yaradılmış Conservatoire national des arts et métiers kolleksiyalarına ev sahibliyi edən bir muzey.
Muzey yarandığı vaxtdan bəri Parisin 3-cü rayonunda, Rue Réaumur küçəsində yerləşən Saint-Martin-des-Champs monastırında yerləşir. Hazırda 1990-cı ildə əsaslı təmir edilən muzey monastırın yanında bir əlavə binaya da malikdir, böyük ölçülü obyektlər isə monastırın özündə saxlanılır.
Muzeydə təxminən 80.000 eksponat və 15.000 rəsm əsəri var, onlardan 40.000-i Parisdə sərgilənir. Kolleksiya içərisində Fuko sarkaçının orijinal versiyası da mövcuddur.
Bu muzey, Umberto Ekonun Fuko sarkaçı romanının kulminasiya səhnəsində də təsvir edilmişdir.
Muzeyə Paris metrosunun Arts et Métiers stansiyası vasitəsilə çatmaq mümkündür.
İstinadlar
Kateqoriya:Fransa muzeyləri Kateqoriya:1794-cü ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər