ABC-CLIO — akademiklər, liseylər və ictimai kitabxanalar üçün xüsusilə tarix və sosial tədqiqatlar sahələrində istinad (referans) əsərləri nəşr edən Amerika nəşriyyat şirkətidir.

Tarix Şirkət 1956-cı ildə Amerika Biblioqrafiya Şirkəti () kimi təsis edilmişdir. Yarandığı gündən 2007-ci ilə qədər onun əsas nəşrləri tarixi xülasələr və biblioqrafik nəşrlərdən ibarət olmuşdur. Şirkət 1970-ci illərdə tarixi istinad ensiklopediyaları nəşr etdirmişdir. 2000-ci illərdə isə bir çox mövzularda tədqiqatçılara kömək edən onlayn verilənlər bazası üzrə ixtisaslaşmışdır. 2004-cü ildə şirkət 1962-ci ildən etibarən ABŞ-də nəşr olunan rüblük jurnal olan “Journal of the West” i almışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Los-Anceles dairəsində yerləşən şirkətlər Kateqoriya:Kaliforniya nəşriyyatları Kateqoriya:Elmi ədəbiyyat nəşriyyatları Kateqoriya:Təhsil kitabları nəşri şirkətləri Kateqoriya:Biblioqrafik verilənlər bazası təminatçıları Kateqoriya:Onlayn verilənlər bazaları