thumb|16 sentyabr 2016-cı ildə "Shogakukan" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personajlar: Şoko Komi (sağda) və Hitohito Tadano (solda).|200px "Komi Can't Communicate" Tomohito Oda tərəfindən yazılan və çəkilən manqa seriyasıdır. Manqa əvvəlcə 15 sentyabr 2015-ci ildə vanşot kimi nəşr olunmuşdur. Manqa seriyası kimi 18 may 2016-cı ildən 29 yanvar 2025-ci ilə kimi "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmuşdur. İlk tankobon cildi 16 sentyabr 2016-cı ildə, 37-ci və sonuncu tankobon cildi 18 mart 2025-ci ildə buraxılmışdır. Manqanın fərdi fəsilləri adlanır. Manqa seriyası 2022-ci ildə Shogakukan Manqa Mükafatının "Ən yaxşı şonen manqası" kateqoriyasının qalibi olmuşdur.

Manqa seriyası həddən çox sosial narahatlığı olan, insanlarla kommunikasiya qurmaqda çətinlik çəkən Şoko Komi adlı lisey şagirdindən bəhs edir. O, elit şagirdlər üçün nəzərdə tutulmuş İtan Özəl Liseyinə daxil olur. Komi liseyin ilk günündəcə öz gözəlliyi və zərifliyi ilə digər şagirdləri özünə heyran qoyur. Sinif yoldaşları Komini "liseyin Madonnası" və ya "ilahəsi" adlandırırlar. Lakin əslində Komi kommunikasiya pozuntusundan əziyyət çəkir. Kominin bu problemini onun yanında əyləşən digər şagird Hitohito Tadano kəşf edir. Tadano Komidən bir arzusunun olub-olmadığını soruşur. Komi ən böyük arzusunun insanlarla danışmaq və 100 dost qazanmaq olduğunu bildirir. Tadano Komiyə hədəfinə çatması üçün kömək etməyə qərar verir.

Manqa seriyası əsasında çəkilən 8 seriyalıq dorama adaptasiyası 6 sentyabrdan 1 noyabr 2021-ci ilə kimi NHK General TV kanalında yayımlanmışdır. "OLM" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 7 oktyabrdan 23 dekabr 2021-ci ilə kimi, ikinci mövsümü 6 apreldən 23 iyun 2022-ci ilə kimi yayımlanmışdır.

Cild siyahısı

İstinadlar

Fəsillər Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları