Sanae Takaiçi () – 2025-ci ildən Yaponiyanın Baş naziri vəzifəsini yerinə yetirən yapon siyasətçi. Yaponiya Liberal Demokrat Partiyasının prezidentidir. O, bu vəzifələri icra edən ilk qadın, eləcə də, Nara prefekturasından ilk şəxsdir. 1993–2003-cü illərdə Nümayəndələr Palatasının üzvü olmuşdur.
Sanae Takaiçi Yamatokoriyamada doğulmuş və Kobe Universitetindən məzun olmuşdur. 2005-ci ildən o, Şinzo Abe və Fumio Kişidanın baş nazirlikləri dövründə də bir neçə nazir postunda çalışıb. Siyasi karyerasından öncə kitab müəllifi olmuşdur. 1993-cü ildə Nümayəndələr Palatasına seçilmiş və 1996-cı ildə Liberal Demokrat Partiyasına üzv olmuşdur. Bir müddət Daxili İşlər və Kommunikasiyalar Naziri vəzifəsini yerinə yetirmişdir. 2021-ci ildə LDP liderliyi üçün namizəd olmuş, lakin üçüncü olmuşdur. 2022–2024-cü illərdə İqtisadi Təhlükəsizlik Naziri olmuşdur. 2025-ci ildə partiyanın ilk qadın prezidenti seçilmişdir. Yaponiya İnnovasiya Partiyası ilə əldə olunan koalisiya razılaşmasından sonra 21 oktyabr 2025-ci ildə Milli Diet tərəfindən ölkənin ilk qadın baş naziri seçilmişdir.
İstinadlar
Kateqoriya:Televiziya aparıcıları Kateqoriya:Yaponiya milliyyətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Yaponiya baş nazirləri Kateqoriya:Yaponiyanın qadın siyasətçiləri Kateqoriya:Yaponiya antikommunistləri Kateqoriya:Qadın baş nazirlər