Əbu Yəhya Malik ibn Dinar əl-Bəsri (; ) — sufi və mühəddis. Tabiindəndir.

Bioqrafiyası Bəsrədə anadan olub. Elm öyrənmək üçün Xorasan və Hindistana getmişdir. Köhnə və cırılmış kitabları təmir edərək dolanmışdır. Rəvayətə görə gəncliyini eyş-işrətdə keçirən Malik, bir səs eşitdikdən sonra Həsən əl-Bəsrinin yanına gedərək tövbə etmişdir. Səid ibn Cübeyr və Həsən əl-Bəsridən elm almışdır. Əsasən Həsən əl-Bəsrini təqib etmiş, zöhd, sədaqət, zikir və mərifət kimi məsələlərə fokuslanmışdır. Həsən əl-Bəsridən başqa Şəqiq əl-Bəlxi, Rəbiə əl-Ədəviyyə və Əbdülvahid ibn Zeyd ilə söhbət etmişdir. Əbu Bəkrin nəvəsi Qasım ibn Məhəmməddən hədis rəvayət etmişdir. Bəzi mənbələr Xorasanda vəfat etdiyini yazsalar da o, Bəsrədə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Sufilər Kateqoriya:Hindistanda islam