200px|thumb|Paralimpiya oyunlarının emblemi|alt=Iuhy Paralimpiya Oyunları — Əlilliyi olan insanlar üçün beynəlxalq idman oyunları. Ənənənvi olaraq Olimpiya Oyunlarından sonra elə o oyunların idman obyektlərində keçirilir.2001-ci ildə bu praktika Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi arasında bağlanan sazişdə öz əksini tapıb. Yay Paralimpiya Oyunları 1960, Qış Paralimpiya Oyunları isə 1976-cı ildən keçirilir.

Tarixi

Dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır.

1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunlarında 23 ölkənin 400 idmançısı iştirak etmişdir.

1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlamışdır.

2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.

Həmçinin bax Azərbaycan Milli Paralimpiya Komitəsi

Mənbə

Paralimpiya oyunları

Xarici keçidlər Rəsmi IPC Saytı