Perkunatete və ya Perkunatele — Baltik mifologiyasında göy gurultusu tanrısı Perkunasın anası olan ilahi tanrıça. Slavyan mifologiyasında isə Perkunatele adı ilə Perunun anası kimi tanınır və bu adın Baltlardan götürüldüyü güman edilir. Xristianlığa daxil edilən bir çox belə tanrıçalar kimi, Perkunatete də zamanla Xristian Madonnası - Məryəm obrazı ilə birləşdirilmiş və fərqləndirilməsi çətinləşmişdir. Məsələn, Panna Maria Perkunatele bu cür epitetlərdən biridir. De Pol Universitetinin professoru Patrisiya Monaxan da onun əslində Baltik göy gurultusu tanrıçası əsasında yaradıldığını düşünür.
Baltik mifologiyasında Perkunatetenin Baltik günəş tanrıçası Saule mifologiyasında iştirak etdiyi güman edilir. Bu mifə görə, Saule hər gün səyahətini başa vurduqdan sonra hamamda (saunada) yuyunaraq dincəlir və növbəti günlük yolçuluğa hazırlaşır. Perkunatete isə ona qulluq edir.
Jorj Dyumezilin əsərlərində qeyd edildiyinə görə, Perkunatele yarıq halında təsvir olunan bir palıd ağacı şəklində göstərilmişdir. Bu yarıq qadın cinsiyyət orqanına bənzəyirdi və ora ildırım düşürdü. Əgər ağac qurudursa, alov yaranır və ona ağrı verirdi. Bu isə iki mənanı verirdi:Straižys, Vytautas; Klimka, Libertas. "The Cosmology of the Ancient Balts". In: Journal for the History of Astronomy: Archaeoastronomy Supplement. Vol. 28. Issue 22 (1997): p. S73.
Əgər alov doğuşun metaforası idisə, uşağın dünyaya gəlməsi ilə birlikdə tanrıça qəhqəhə çəkirdi. Əgər uğursuz sevgi anlamına gəlirdisə, Perkunatele ağrı içində qışqırırdı.
Bu, bir çox mədəniyyətlərdə rast gəlinən klassik məhsuldarlıq mifidir – yəni, harmoniya və həyatın davamı üçün sevgi aktının mükəmməl olması vacibdir. Xristian Məryəmindən fərqli olaraq, Perkunatele bakirə hesab olunmurdu. Onun adı Proto-Hind-Avropa (PIE) Perkwunos kökündən gəlir və perkwus sözünə qohumdur. Söz "palıd", "şam ağacı" və ya "meşəlik dağ" mənalarını verir.Laurinkienė, Nijolé. "Saulės ratų ir laivo mitiniai vaizdiniai: šviesulys paros cikle (Mythical Images of the Solar Carriage and Ship: the Heavenly Body in the Course of an Astronomical Day)". In: Tautosakos darbai t. 54, p. 13-25. .
İstinadlar
Biblioqrafiya