Ov və meşə əyələri — mifoloji varlıqlar.
Genezisi, ilk mifoloji təsəvvürlər Qədim dünya ovçularının mifoloji təsəvvüründə ov əyələri əhəmiyyətli rol oynayır. Ov əyəsi meşə, dağ, su heyvanlarının qoruyucusu, ağası sayılırdı, ovçu ov əyəsinin razılığı olmadan ov ovlaya bilməzdi. Ov əyəsi, meşə əyəsi Ana tanrı kultuna bağlı dünya xalqlarının folklorunda sabitləşmiş hami ruhdur. Ana tanrının dünya mifoloji modelində yaradıcı funksiyası üç aspektdən qiymətləndirilir: yerin, göyün yaranması; tanrıların, insanların, bədheybətlərin yaranması; torpağın, insanların, heyvanların artımı, məhsuldarlığı və bununla əlaqədar cinsi aktivliyin təmin edilməsiМифы народов мира, 2008, с. 148 Amma onun yaradıcı funksiyasına xaos da daxildir, Ana tanrı qəddar, zalım, dağıdıcı qüvvə, demon rolunda görünür, bu da onun ikili xarakterini ortaya çıxarır, insanların təbiət, kainat haqqında görüşləri buradan qaynaqlanır. Bu baxımdan irəlidə görəcəyimiz kimi meşə və ov əyələrinin xeyirxah və bədxah ruh olması hami obrazın genetik kodunun ilahi mənşəyə bağlı olmasından irəli gəlir: əyə aid olduğu məkanı qoruyur, qaydanı pozanı cəzalandırır, öldürür, onu razı salanlara bol ruzi, var-dövlət verir. Mifoloji təfəkkürün ilk mərhələsində ov əyəsi qadın donunda təsəvvür olunurdu. Altay ovçuları ova çıxmazdan qabaq oda qurban verir, alqış deyirdilər, od ovçuluğun hamisi idi, onlar odu "Od ana", "kıs ana" deyə öyürdülər. Od, ocaq ilk insanın təsəvvüründə ağ, açıq rəngli qız kimi təsvir olunurduКаташ,. Мифы, легенды Горного Алтая, 1978, с. 58 Sibir və Orta Asiya türklərinin inanc sistemində Od ana Umay ana kultuna bağlı qadın tanrıça sayılır, ovçular ona qurban verərkən "otuz başlı od ana", "altın donlu od ana" – deyib dua edərdilərПотапов. Умай – божество древних тюрков в свете этнографических данных. 1972, с. 280 Потапов. Охотничьи поверья и обряды у алтайскич турков. Культура и письменность Востока. Книга V, Баку, 1929, 138 Şorların inancına görə tayqanın əyəsi nağıl dinləməyi və xomısda (qopuzda) nəğməyə qulaq asmağı xoşlayır və ovçuların yanına qız obrazında gəlirТрояков. Промысловая и магическая функция сказывания сказок у хакасов. Совет. Этног. 1969, 2, с. 25
Hal anası: şəkli və funksiyaları Hal anası ov və meşə əyəsi haqqında mifoloji təsəvvürlərin mərkəzində dayanmaqla bir çox türk xalqları ilə paralellik təşkil edir. Türk xalqlarında onu müxtəlif adlarla adlandırırlar: Almıs, Albıs, Almas, Albastı, Al qarısı, Al nənəsi, Albab, Şurale və s. Altay əfsanələrində, kumandinlərdə, buryatlarda Almıs meşədə və dağda yaşayan gözəl, uzun sarı saçlı, misdırnaqlı, misdişli, burnu sırğalı gənc qadın kimi təsvir olunur, "Sarı qız" adı ilə də tanınır. Potapov bu iki obrazı fərqləndirir və özbək söyləyicilərinə istinadən birinin cin, o birinin pəri kateqoriyasına aid olduğunu bildirir, Sarı ana doğanların hamisi, xeyirxah ruh sayılır, albastı (Almıs) isə əksinə, doğan qadını və körpənin öldürən bəd ruhdur, onun fikrincə Sarı ana Umaydan transformasiya olunmuş obrazdır.
Altay və Sibir türklərinin mifologiyasında Ov əyələri meşənin dərinliklərində, keçilməz qayaların zirvəsində yaşayır, ovçularla sevgi əlaqələri yaradır, onlarla evlənir, vəhşi maralları, əlikləri sağırlar. Ovçu ov əyəsi ilə olan hər hansı münasibətini gizli saxlamalıdır, əks təqdirdə ruzi və xoşbəxtlik onu tərk edəcək. Əfsanələrdə dağ əyəsi ilə evlənən ovçunun ruzisinin bol olduğu, dağ əyəsi ilə bir müddət yaşadıqdan sonra onu tərk edib öz ailəsinin yanına qayıtması motivi verilmişdirДыренкова. Охотничьи легенды кумандинцев / / Сб. Музея антропологии и этнографии. 1949, c. 121 İnanca görə ovçu yuxuda pivə içərsə və tayqanın əyəsi gözəl qadınla cinsi münasibət yaşayarsa onun ovu uğurlu olacaqМиягашева. Охотничьи ритуалы бурят в шаманских рукописях. Этнология/Ethnology. Journal of Ancient Technology Laboratory. 2017 Vol. 13 No 4, c. 89 Yakut ovçunun dediyinə görə uğurlu ovdan qabaq həmişə yuxusunda arvadını görürmüş, kişi və it görmək isə uğursuzluq demək idi, belə günlərdə ova getmirmişСлепцов. Эhэкээн – архаичный образ покровителя охоты в Якутии (на основе архивных материалов И. С. Гурвича) Культура и цивилизация. 2020 Том 10, № 3А, c. 248 Altay folklorunda Almısla ovçunun qarşılaşması süjeti verilmişdir. Almıs gecə vaxtı ovçunun yanına gəlir, ovçu qadının Almıs olduğunu bilir, çünki qadın əllərini gizlətməyə çalışır. Ovçu onu aldadır, öz paltarını götüyə geyindirir, gizlənir, gecə yarısı gələn Almıs kötüyü ovçu bilib həmlə edir, ovçu tüfənglə onu öldürürЯданова. Встреча охотника с духами-хозяевами / алмысом. Опыт указателя сюжетов и версий по материалам алтайской фольклорной традиции // Древности Сибири и Центральной Азии. Горно-Алтайск, 2009 № 1–2 (13–14) c. 176 Ovçu ilə yaşayan Almıs süjetli əfsanələrdə Almısın öz ətindən kəsib yemək hazırladığı, dizlərinin ölmüş dərisini qaşıyıb "dadlı çay" hazırladığı deyilir. Ovçu onun Almıs olduğunu bilib tərk edir. Başqa bir əfsanədə deyilir ki, ovçu gözəl qızla evlənir, xoşbəxtlik və bolluq içində yaşayırlar. Bir müddət sonra aclıq dövrü başlayır, ovçu ov vurmaq üçün meşəyə yollanır, amma ov vura bilmir, evə əliboş qayıdır. Ovçu əliboş gəlsə də evdə həmişə yeməyə ət olurmuş. Bu hal bir neçə dəfə təkrar olandan sonra ovçu özünü ova getmiş kimi göstərir, gizlənib arvadını güdür. Görür ki, qadın adi görkəmindən çıxıb Almısa çevrilir, qoltuğundan ət kəsir, özündən süd sağır, yemək hazırlayır. Onun görkəmi qorxunc imiş: kök, çirkin, sallaq döşlü, bürünc dırnaqlı, dəhşətli üzü varmış. Ovçu Almısdan qaçıb sidr ağacına çıxır, Almısın iti ona kömək edir, Almıs ovçunu tutmaq üçün ağaca dırmaşır, ancaq dırnaqları ağaca batıb qalır, ovçu isə ondan gizlənirДоронин. Между козлом и людоедом: мифологические рассказы об алмысах на Алтае. Живая старина. Журнал о русском фольклоре и традиционной культуре. 2016, 1 (89) c. 14 Selkup folklorunda qadın meşə əyəsi hündürboylu, xəz geyinmiş uzun saçlı qadın kimi təsvir olunur, başında ağ ləçək, ayağında ağ səndəli var, obrazın zoomorfik variantı ov heyvanlarından transformasiya olunmuşdur.Ким – Малони, Ким. Магическая охота с лесными духами по данным Сибирского фольклора. Вестник Томского государственного университета. История. № 5(43) 2016, c. 149 Onlar ovçularla cinsi əlaqəyə girir, əvəzində bol ov verirlər. Mansıların meşə qadını haqqında təsəvvürlərinə görə incimiş meşə qadını ovçunun birinci arvadı olmuşdur. O, insanları tərk edib meşəyə getmiş, ovçunun uğurunu da özü ilə aparmışdır. Araşdırıcılar yakut mifologiyasında Bayanay adlı tayqa ruhunun olduğunu göstərirlər. Bayanay "nayana" sözündən olub "varlı ana" mənasını ifadə edir. Məhsuldarlığın, bolluğun simvolu olan bu mifoloji obraz ov tanrısı və meşə ruhudur. Genezisi Ana tanrıya uzanan Bay-bayanay yakut mifologiyasında boz saçlı, boz saqqallı şən, zarafatcıl kişi, tayqa ovçusu kimi təsvir olunurЕфимова, Шкурко, Афанасьев, Антонова, Баишев, Павлова. Охотничья культура народа саха: человек и мир тайги. Culture and Civilization/ 2019, Vol 9, Is. 6A, c. 318 Funksiya eynidir, qadın və kişi cinsli ov, meşə, su əyələri Ana tanrının övladları sayılır, bu baxımdan kişi cinsli hami obrazları mifoloji təfəkkürün yetkin mərhələsinin məhsulu hesab edə bilərik. Tatar mifologiyasında Şurale meşə əyəsi kimi verilir. Şurale uzun döşlərini çiyninə atan, uzun dırnaqlı, uzun barmaqlı, ayağı, qolu, gözü tək olan, çılpaq gəzən meşə qoruyucusu hami ruhdur. O, şər vaxtı tənha yolçulara görünür, hansısa suala cavab verməyi xoşlamır, amma özü suallar verir. O, meşəyə tək getmiş insanları aldadıb öldürür, onlara "qıdıklı-mıdıklı" oynamağı təklif edir, əgər kimsə onun sözünə aldanıb oynamağı qəbul edərsə onu uzun barmaqları ilə qıdıqlayıb güldürür, o vaxta qədər qıdıqlayır ki, adam gülməkdən nəfəsi kəsilib ölür. Şurale dişi görünən, gülən adamları xoşlamır, həmin adamın arxasına düşərək qıdıqlamaq oyununa razı salana qədər əl çəkmir, bununla belə o, itdən və sudan qorxur, ondan yaxa qurtarmaq üçün çaya tərəf qaçmaq lazımdırКоблов Яков Дмитриевич. (1910) Мифология казанских татар. Казань, 1910, c. 11
Orta Asiya türklərinin mifologiyasında Almıs obrazının variantı Qazax mifologiyasında Jeztırnak adı ilə qarşımıza çıxır. Adı çəkilən demon gözəl, cavan qadın şəklində təsvir olunur, onun burnu və dırnaqları misdəndir, güclü səsi var, çığırtısı ilə quşları və zəif canlıları öldürür. Gecə vaxtı ovçunun qonağı olan Jeztırnak burnunu gizlədir, amma ovçu onu tanıyır, yuxarıdakı süjetdə olduğu kimi aldadıb öldürürКондыбай. Казахская мифология. Краткий словарь, Алматы, Нурлы Алем, 2005, c. 117 Qazax və altay mifologiyasında Albastı və Jeztırnak eyni mənşəli demon obraz kimi göstərilir. Doronin Jestırmakın Almısın dönərgələrindən biri olduğunu və kişi almısların təhlükə hiss etdiyi vaxt Jestırmaka çevrildiyini qeyd edirДоронин, 2016, с. 14 Albastı, Hal, Almıs və başqa bu tipli demonik varlıqlar su stixiyasına bağlı personajlardır, onların kişi variantlarının sinəsində balta var, Baltadöş, Qılıncdöş, Dəmirdöş adları ilə türk xalqlarının mifologiyasında yer almışlar. Kondıbay Albastının təkcə su yox, həm də ilan kultuna bağl olduğunu bildirir, Halın çiyninə atdığı döşlərini iki liana bənzətməklə qədim skif mifologiyasında Yupiter tanrının yarıvəhşi bədənli, qoşa ilanlı arvadına bağlandığı fikrini irəli sürürКондыбай, 2005, с. 57 Qırğızlarda Umay ana ovun ağası hesab olunurdu və bu obraz qartal, quş şəklində təsəvvür olunurdu. Arxaik Umay it kultuna bağlı Kumayıkla birləşərək it başlı, quş bədənli sakral obraz şəklində qırğız mifologiyasında saxlanmışdır. Azərbaycan epik mətnlərində rast gəldiyimiz əfsanəvi Simurq quşu genezisi ov əyəsi Umaya bağlı sakrallaşmış mif personajıdırУмаралиев. Культ животных в национальных играх кочевников и их связь с культом матери Умай [Текст]. Вестник, Российский государственный социальный университет. – Ош– 2019, № 2 (20), с. 84 Ov iti kultu gürcü mifologiyasında da qarşımıza çıxır, Amiranın iti Kurşanın quzğun və ya qarğa yumurtasından çıxmış qanadlı ov tulası olduğu göstərilirВирсаладзе. Грузинский охотничий миф и поэзия. Москва, 1976, с. 112 Bu obrazın türk mifologiyasından abxazlara keçdiyini söyləyə bilərik.
Fin-Uqor xalqlarında Udmurt mifologiyasında obıd haqqında mifoloji təsəvvürlər diqqəti cəlb edir. Bu meşə əyəsi qadın cinslidir, Şurale kimi tək gözlü, tək ayaqlı, tək qolludur, böyük döşlərini çiyninə atır və onunla insanları boğur. Onun başqa adı Palesmurtdur, bu da yarım adam mənasını verir. Başqırdlar həmin obraza Yarımtık adını vermişlər. Araşdırıcı iri döşlü demonik varlığın təkcə türk xalqlarında yox, slavyan, fin-uqor xalqlarının mifologiyasında da olduğunu qeyd edirПанина. Образы лесных духов в удмуртской мифологии и фольклоре: III. Обыда (Лесная женщина). Мифология удмуртов в историко-культурном наследии. 2017, № 15, c. 55
Yunan mifologiyasında Yunan mifologiyasında Artemida ov tanrısı sayılır, o, vəhşi heyvanların və doğan qadınların hamisi sayılır. Rəssam-heykəltəraşlar onun çoxdöşlü ilahə obrazını yaratmışlar. Araşdırıcılar bu ov tanrısının türk mifologiyasına aid olduğunu və Artemida kultunun Anadoludan qədim Şərqə, oradan Yunanıstana və İtaliyaya keçdiyi fikrini irəli sürürlərAv ve avcılık kitabı. İstanbul, 2008, s. 479 Artemida həm ov əyəsi, həm də ovçudur, varlıdır, qızıl yay-oxunu və ov itini götürüb ova çıxır, qarapaça, geyik, qaban ovlayır, onun heç bir səhvi bağışlamadığı və rəhimsiz olduğu yunan miflərində əksini tapmışdır.
Qafqaz xalqlarının mifologiyasında