– Yaponiya manqakası. "The Dangers in My Heart" manqa seriyası onun ən uğurlu işi hesab olunur.

Həyatı və karyerası Norio Sakuray Saytama prefekturasının Aqeo şəhərində doğulmuşdur.Norio Sakurai『Kodomo Gakkyu 1』 Profile 2003-cü ildə "Kochira Kanojo, Koumon Mae" manqası ilə debüt etmişdir. Onun ilk əsas işi sayılan "Mitsudome" manqa seriyası 2006-cı ildə "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır. Manqa əsasında anime serialı çəkilmişdir. O, 2014-cü ildə manqa üçün "Hobo Shūkan Mitsudomoe" adlı spin-off manqası hazırlamışdır. 2016-cı ildə "Rororro!" adlı qısa manqa seriyası nəşr olunmuşdur. Manqa dostluq qurmaqda çətinlik çəkən Çitose adlı qız haqqındadır. Sakuray 2017-ci ildə manqanı uzun seriyaya çevirmiş və manqa 30 aprel 2020-ci ilə qədər serializasiya olunmuşdur.

Sakurayın əsas işi sayılan "The Dangers in My Heart" manqa seriyası 8 mart 2018-ci ildə "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır. Manqa seriyası əsasında 2023–2024-cü illərdə iki mövsüm davam edən anime serialı çəkilmişdir. Sakuray öz rəsmi "Twitter" hesabı vasitəsilə manqanın "Twi-Yaba" adlı spin-offunu da yayımlayır.

Sakuray 2003-cü ildə Akatsuka Mükafatının və "Kidney Problem" manqasına görə "Weekly Shonen Champion" jurnalının Gənc Manqa Mükafatının qalibi olmuşdur. 2020-ci ildə "The Dangers in My Heart" manqasına görə Növbəti Manqa Mükafatını qazanmışdır.

Şəxsi həyatı Pişik saxlayır. Pişiyinə adını verib.

Qeydlər

İstinadlar

Kateqoriya:Qadın manqakalar Kateqoriya:Saytama prefekturasının manqakaları