Lənkəran Şəhidlər Xiyabanı — Lənkəran şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlıq.
Tarixi Lənkəran Şəhidlər Xiyabanı 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının süqutundan sonra, Azərbaycanın müstəqilliyin bərpası uğrunda apardığı mübarizə nəticəsində şəhid olan qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədilə salınmışdır. Xiyabanda əsasən Birinci Qarabağ müharibəsi, 20 yanvar faciəsi və Talış-Muğan böhranı zamanı həlak olmuş lənkəranlı qəhrəmanlar dəfn olunmuşdur. Həmçinin burada 3 lənkəranlı Milli Qəhrəman – Etibar Əliyev, Soltanağa Bayramov və Paşa Təhməzov dəfn olunmuşdur.https://cenublu.az/aktual/l-nk-ran-hidl-r-xiyaban-ziyar-t-olunur/
İstinadlar
Kateqoriya:Lənkəran