Azərbaycan–Ermənistan sülh müqaviləsi — iki dövlət arasındakı münaqişəni bitirmək və ölkələrarası əlaqələr qurmaq üçün, imzalanması planlaşdırılan müqavilə. 8 avqust 2025-ci ildə sülh müqaviləsi paraflanmışdır (iki tərəfin imzalamadan təsdiqləməsi). İmzalanan sülh memorandumunda isə gələcəkdə imzalanacaq yekun müqavilənin adı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" olaraq qeyd edilmişdir.

Arxa plan

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildən başlamışdır. Azərbaycan 2020-ci il və 2023-cü illərdə münaqişə ərazisi və ətraf rayonlara nəzarəti bərpa etmişdir. 2022-ci ildə Ermənistan Praqa bəyanatında Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımışdır. 2022-ci ilin mayında Azərbaycan tərəfi "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası"nı yaratmışdır. Dövlət sərhədi məsələlərində Ermənistan tərəfini isə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya" təmsil edir.

2024-cü ilin mayında Qazax rayonunun Ermənistan işğalındakı 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı) Azərbaycana təhvil verilmişdir. 2024-cü ilin oktyabrında Azərbaycan tərəfi "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"ni təsdiqləmişdir.

Sülh bəyannaməsi 8 avqust 2025-ci ildə ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında, Vaşinqtonda sülh memorandumu imzalanmışdır. Sənədə görə, Azərbaycan və Ermənistan Minsk qrupunun fəaliyyətini dayandırması üçün birlikdə müraciət edir, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması üçün əməkdaşlıq başladılır. Beləliklə, Azərbaycan Naxçıvanla maneəsiz bağlantı əldə edəcək. Bundan başqa ABŞ prezidenti 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar vermişdir.

Bəyannamənin tam mətni thumb|300px|Sülh bəyannaməsinin imzalanması Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Sülh müqaviləsi

Müqavilənin şərtlərinin razılaşdırılması Azərbaycan tərəfi Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən çıxarılmasına razılıq vermişdir. Bu məsələnin sonrakı mərhələdə həll edilməsi nəzərdə tutulur. Azərbaycan–Ermənistan sülh müqaviləsi üzrə razılaşdırılan məsələlər beynəlxalq məhkəmələrdə Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddialarından vaz keçməsi və sərhəddə üçüncü tərəflərə aid qüvvələrin (Avropa Birliyi müşahidə missiyası) ləğv edilməsidir. Razılaşdırılmamış məsələlər isə Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinadın çıxarılmasıdır. Çünki Ermənistan müstəqillik aktında Ermənistan dövlətinin Dağlıq Qarabağla birləşməsi haqqında müddəa var. Azərbaycanın şərtiErmənistan tərəfindən qəbul edilməsiHəyata keçirilməsiQarabağın Azərbaycan ərazisi kimi tanınması7 oktyabr 2022-ci il Praqa sammiti2023-cü ildə Azərbaycanın antiterror əməliyyatlarıNaxçıvanla maneəsiz əlaqə, Zəngəzur dəhlizi və ya Tramp yolu2025 Azərbaycan–Ermənistan sülh bəyannaməsigözləmədədirMinsk qrupunun ləğvi2025 Azərbaycan–Ermənistan sülh bəyannaməsi1 sentyabr 2025-ci il (ləğvi ilə bağlı qərar verilməsi), 1 dekabr 2025-ci il (fəaliyyətin tamamilə dayandırılması)Avropa Birliyi müşahidə missiyasının ləğvigözləmədədirgözləmədədirErmənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinadın çıxarılmasıgözləmədədirgözləmədədir

Müqavilənin paraflanması 300px|thumb|Sülh müqaviləsinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müraciətin imzalanması 8 avqust 2025-ci ildə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması baş vermişdir.

Müqavilənin imzalanması vaxtı 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsinin imzalanması vaxtını Vaşinqtonda verdiyi müsahibədə belə şərh etmişdir:

Müqavilənin mətni Qeyd: avqustun 11-də Azərbaycan XİN-i həm İngilis dilində olan orijinal mətni, həm də "Sazişin eyni dərəcədə autentik olan Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi" adlandırdığı mətni buraxmışdı.

Azərbaycan Respublikası və Ermənistan Respublikası (bundan sonra Tərəflər), bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq, bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq, BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək, öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək, aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər:

Maddə I

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;

Maddə II

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər;

Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Maddə III

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Maddə IV

Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.

Maddə V

Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-cü illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Maddə VI

Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Maddə VII

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Maddə VIII

Tərəflər dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Maddə IX

Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.

Maddə X