Bılis FK () — Albaniya futbol klubu. Albaniyanın Balşi şəhərini təmsil edir.

Tarix Klub 14 iyul 1972-ci ildə "Ballshi i Ri" adı ilə yaradılıb və 1973–1976-cı illərdə Albaniyanın Üçüncü Divizionunda çıxış edib. Lakin 1976–1981-ci illərdə Albaniyada olan və hər rayonu bir klubun təmsil etməsi qanuna görə Albaniya futbolunda iştiraka icazə verilməyib. Buna görə də, bu müddət ərzində klubun fəaliyyəti dayanıb. Ancaq 1981-ci ildə yenidən formalaşan klub, Albaniya Üçüncü Divizionunda oynamağa başlayır. Klub 1986-cı ildə üçüncü dvizionun qalibi olur və Albaniya İkinci Divizionuna yüksəlir.

Klub 1986–1996-cı illər arasında 10 il İkinci Divizionda iştirak edir. 1995–96 mövsümündə klub 124 qol vurur və cəmi 21 qol buraxır. Bu mövsümdə klubun ən çox qol vuran oyunçusu olan Agim Metaj, Albaniya liqaları tarixində bir mövsümdə ən çox qol vuran oyunçu olur və hətta Fransanın nüfuzlu Football jurnalı tərəfindən qeyd edilir. Bununla belə, rekord qıran mövsümə baxmayaraq, onlar liqada yalnız ikinci yeri tuturlar. Bu nəticə isə, onlara Albaniya Super Liqasına yüksələməyə kifayət edir.Para viteve ‘90, asnjëherë mes më të mirëve

Klub tarixində əhəmiyyətli illər 1972 — "Balshi I Ri" adı altında klubun yaradılması 1995 — klubun adı dəyişdirilib "Bılis" adlandırılıması 1997 — Albaniya Super Liqasında debüt 1999 — Avropa yarışlarında debüt

Titulları Albaniya çempionatı: Bürünc medal (1): 1998/99. Albaniya Kuboku: Finalçı (1): 2013.

Oyunçular

İstinadlar

Kateqoriya:Albaniya futbol klubları