Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet.
Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 a.v. uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.
Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı. Neptun daha sonradan 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. Neptun Yerdən çox uzaqda yerləşməsi səbəbindən kiçik görünür və bu da onun teleskoplarla müşahidəsini çətinləşdirir. 25 avqust 1989-cu ildə Voyacer 2 kosmik gəmisi Neptunun yaxınlığından keçərək müşahidələr aparmışdır.Chang, Kenneth (18 October 2014). "Dark Spots in Our Knowledge of Neptune" . New York Times. Bundan başqa Habbl teleskopu və Yerdəki böyük teleskopların uyğun optik sistemlərindən istifadə olunaraq Neptunun uzaqdan da ətraflı müşahidəsi mümkün olmuşdur.
Neptunun tərkibi qaz nəhəngləri olan Yupiter və Saturndan fərqli olaraq Uranla oxşardır. Neptunun atmosferi Yupiter və Saturnda olduğu kimi əsasən Hidrogen və Helium olmaqla, Karbohidrogenlər və Azotdan təşkil olunduğu halda, nisbətən yüksək miqdarda olan Su, Ammonyak və Metan buzları ilə onlardan fərqlənir. Neptunun daxili Uran kimi buz və qayadan ibarətdir.Podolak, M.; Weizman, A.; Marley, M. (December 1995). "Comparative models of Uranus and Neptune". Planetary and Space Science. 43 (12): 1517–1522. Bibcode:1995P&SS…43.1517P. doi:10.1016/0032–0633(95)00061–5. Bu fərqin olması səbəbindən, Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri olaraq təsnif olunmuşdur.Lunine, Jonathan I. (September 1993). "The Atmospheres of Uranus and Neptune". Annual Review of Astronomy and Astrophysics. 31: 217–263. Bibcode:1993ARA&A..31..217L. doi:10.1146/annurev.aa.31.090193.001245. Neptunun göy rəngi planetin üst qatlarında mövcud olan Metandan qaynaqlanır.Munsell, Kirk; Smith, Harman; Harvey, Samantha (13 November 2007). "Neptune overview" . Solar System Exploration. NASA.
Uranın dumanlı və nisbətən durğun olan atmosferinin əksinə olaraq, Neptunun atmosferi aktivdir və hava hadisələri müşahidə olunur. Voyacer 2 kosmik gəmisinin 1989-cu ildəki uçuşu zamanı mövcud olan və Yupiterin Böyük qırmızı ləkəsinə oxşayan Böyük Tutqun Ləkə buna örnək ola bilər. Bu hava hadisələrinin baş vermə səbəbi sürəti saatda 2100 kilometrə çatan Günəş sisteminin digər planetlərinə nəzərən ən güclü küləklərdir.Suomi, V. E.; Limaye, S. S.; Johnson, D. R. (1991). "High Winds of Neptune: A possible mechanism". Science. 251 (4996): 929–932. Bibcode:1991Sci…251..929S. doi:10.1126/science.251.4996.929. PMID 17847386. Günəşə uzaq olması səbəbindən planetin üst qatlarının istiliyi −218 °C-yə bərabərdir və bu göstərici ilə Neptun Günəş sistemində Urandan sonra bilinən ən soyuq planetdir. Neptunun mərkəzində istiliyin təqribən 5100 °C olduğu düşünülür.Hubbard, W. B. (1997). "Neptune's Deep Chemistry". Science. 275 (5304): 1279–1280. doi:10.1126/science.275.5304.1279. PMID 9064785.Nettelmann, N.; French, M.; Holst, B.; Redmer, R. "Interior Models of Jupiter, Saturn and Neptune" (PDF). University of Rostock. Neptun zəif halqa sisteminə sahibdir. Planetin halqalarının olması 1960-cı illərdə məlum olsa da, Voyacer 2 kosmik gəmisi tərəfindən varlığı təsdiq olunmuşdur.Wilford, John N. (10 June 1982). "Data Shows 2 Rings Circling Neptune" . The New York Times.
Tarixi
Kəşfi Neptunun müşahidəsinə dair ilk qeydlər Qalileo Qalileyə məxsusdur. O, 28 dekabr 1612-ci il və 27 yanvar 1613-cü ildə Neptunu müşahidə etmiş, buna baxmayaraq hərəkətsiz olduğunu düşünməsi səbəbindən ulduz olduğunu zənn etmişdir. Bu səbəbdən də Qalileo Qalileyin müşahidəsi Neptunun kəşfi kimi qiymətləndirilmir.Hirschfeld, Alan (2001). Parallax: The Race to Measure the Cosmos. New York, New York: Henry Holt. ISBN 978-0-8050-7133-7. Qalileyin ilk müşahidəsini apardığı vaxtlar Neptun və Yerin orbitdəki hərəkət istiqamətləri tərsinə dönməkdə idi. Bu qısa müddətdə planetlər Yerdən hərəkətsiz kimi müşahidə olunur. Bu da dövrün teleskopu ilə Qalileyin Neptunun hərəkətini müşahidə etməsini çətinləşdirmişdir.Littmann, Mark; Standish, E. M. (2004). Planets Beyond: Discovering the Outer Solar System. Courier Dover Publications. ISBN 978-0-486-43602-9. Bununla yanaşı, 2009-cu ilin iyulunda Melburn Universitetində fizik olan Devid Ceymison Qalileo Qalileyin Neptunun hərəkət etməsini müşahidə etməsinin mümkün olduğunu bildirmişdir.Britt, Robert Roy (2009). "Galileo discovered Neptune, new theory claims" . MSNBC News
1821-ci ildə Aleksi Buva Neptunun qonşusu olan Uranın orbitinin astronomik cədvəlini dərc etdi.Bouvard, A. (1821). Tables astronomiques publiées par le Bureau des Longitudes de France. Paris: Bachelier. Uranın orbitinin müşahidəsi əsasında formalaşdırılan bu cədvəldə xətaların olduğu aşkarlandı. Aleksi Buva hələ bilinməyən bir planetin Urana cazibə qüvvəsi ilə təsir göstərərək, xətalara səbəb ola biləcəyi düşüncəsini ortaya atdı.Airy, G. B. (13 November 1846). "Account of some circumstances historically connected with the discovery of the planet exterior to Uranus". Monthly Notices of the Royal Astronomical Society. 7: 121–144. Bibcode:1846MNRAS…7..121A. doi:10.1002/asna.18470251002. 1843-cü ildə Con Adams Uranın orbiti ilə bağlı məlumatlara əsaslanaraq tədqiqatlara başladı. Daha sonra o, Kembric Rəsədxanasının rəhbəri olan Ceyms Şalinin vasitəçiliyi ilə Krallıq astronomu olan Corc Eridən 1844-cü ilin fevral ayında yeni göstəricilər istədi. Con Adams 1845–1846-cı illərə qədər tədqiqatlarına davam etdi və yeni planetlə bağlı bir sıra fərqli təxminlər ortaya atdı.O'Connor, John J.; Robertson, Edmund F. (2006). "John Couch Adams' account of the discovery of Neptune" . University of St Andrews.Adams, J. C. (13 November 1846). "Explanation of the observed irregularities in the motion of Uranus, on the hypothesis of disturbance by a more distant planet". Monthly Notices of the Royal Astronomical Society. 7: 149–152. Bibcode:1846MNRAS…7..149A. doi:10.1093/mnras/7.9.149. 150px|thumb|left|Urban Leverye. 1845–1846-cı illərdə Urban Leverye müstəqil şəkildə yeni planetin yeri ilə bağlı bir sıra hesablamalar ortaya atdı. Buna baxmayaraq, onun işləri Fransada geniş əks-sədaya səbəb olmadı. 1846-cı ilin iyun ayında Urban Leveryenin dərc etdiyi göstəriciləri görən Corc Eri, göstəricilərin Con Adamsın göstəriciləri ilə uyğunluq təşkil etdiyini gördü. Bu səbəbdən də Corc Eri Kembric Rəsədxanasının rəhbəri olan Ceyms Şalini ehtimal olunan yeni planeti axtarmağa razı saldı. Ceyms Şali 1846-cı ilin avqust ayından sentyabradək göyü müşahidə etsə də, nəticə əldə edə bilmədi.Challis, Rev. J. (13 November 1846). "Account of observations at the Cambridge observatory for detecting the planet exterior to Uranus". Monthly Notices of the Royal Astronomical Society. 7: 145–149. Bibcode:1846MNRAS…7..145C. doi:10.1093/mnras/7.9.145.
Urban Leverye Berlin Rəsədxanasında astronom olan İohann Qotfrid Qala məktub yazaraq, onu yeni planeti axtarmağa təşviq etdi. Berlin Rəsədxanasında tələbə olan Henrix d`Arrest İohann Qotrid Qala Urban Leveryenin təxmin etdiyi bölgənin hal-hazırkı vəziyyəti ilə o dövrə aid olan vəziyyətini, bir planetin sabit ulduza nəzərən yerdəyişməsini də nəzərə alaraq müqayisə etməsini təklif etdi. Neptun 23 sentyabr 1846-cı ildə, Urban Leveryenin məktubunu aldıqları günün gecəsi kəşf olundu. İohann Qotfird Qalın Neptunu müşahidə etdiyi yer Urban Leveryenin təklif etdiyi yerin 1° uzaqlığında idi ki, bu göstərici Con Adamsın təklif etdiyi yerdən 12° uzaqlıqda idi. Daha sonra Ceyms Şali 4 və 12 avqust tarixlərində Neptunu iki dəfə müşahidə etdiyinin fərqinə vardı. Buna baxmayaraq o, yenilənmiş ulduz xəritəsinə sahib deyildi və Neptunu müşahidə edərkən onun axtardığı yeni planet ola biləcəyini düşünməmişdi.Galle, J. G. (13 November 1846). "Account of the discovery of the planet of Le Verrier at Berlin". Monthly Notices of the Royal Astronomical Society. 7: 153. Bibcode:1846MNRAS…7..153G. doi:10.1093/mnras/7.9.153.
Neptunun kəşfindən sonra, fransızlar və ingilislər arasında kəşfə haqq iddiası uğrunda kəskin milliyyətçi rəqabət başladı. Sonda beynəlxalq razılaşma ilə kəşfdə Con Adams və Urban Leveryenin haqq iddialarının ortaq olması qərarlaşdırıldı. 1966-cı ildən bu yana Denis Raulinsdən başlayaraq Con Adamsın kəşfdə haqq iddiasına sahib olması məsələsinə şübhə ilə yanaşılmağa başlanıldı. Bundan sonra 1998-ci ildə Qrinviç Rəsədxanasında yerləşən Neptun kağızları yenidən tədqiq olundu.Kollerstrom, Nick (2001). "Neptune's Discovery. The British Case for Co-Prediction.". University College London. Archived from the original on 11 November 2005. Bu sənədlərin müşahidə olunmasından sonra Con Adamsın Urban Leverye ilə bərabər haqlara sahib olmadığı yanaşması ortaya atılmışdır. Onların yanaşmasına görə burada haqq iddiası planetin yerini müəyyənləşdirən və astronomları onu tapması üçün təşviq edən Urban Leveryeyə məxsusdur.William Sheehan; Nicholas Kollerstrom; Craig B. Waff (December 2004). "The Case of the Pilfered Planet – Did the British steal Neptune?" . Scientific American
Adlandırma Kəşfindən keçən qısa müddət ərzində Neptun Leveryenin planeti ya da Uranın orbitinin xaricində yerləşən planet olaraq tanınırdı. Adla bağlı ilk təklif İohann Qotfrid Qal tərəfindən edilmişdir. O, Yanus adını təklif edirdi. İngiltərədə isə Ceyms Şali tərəfindən Okean adı təklif edilmişdir.Moore, Patrick (2000). The Data Book of Astronomy. CRC Press. ISBN 978-0-7503-0620-1.
Kəşfini adlandırma haqqının özünə aid olduğunu bildirən Urban Leverye yeni kəşf olunmuş planeti Neptun olaraq adlandırdı.Littmann, Mark (2004). Planets Beyond, Exploring the Outer Solar System. Courier Dover Publications. p. 50. ISBN 978-0-486-43602-9. Daha sonra isə, oktyabrda planetə öz adının verilməsini təklif etdi. Buna baxmayaraq onun bu təklifi Fransadan kənarda qəbul olunmadı.Baum, Richard; Sheehan, William (2003). In Search of Planet Vulcan: The Ghost in Newton's Clockwork Universe. Basic Books. pp. 109–110. ISBN 978-0-7382-0889-3. Fransız mənbələrində Uranın adı planeti kəşf edən Vilyam Herşelin şərəfinə Herşel olaraq dəyişdirildi. Neptun planetin adı isə Leverye olaraq qeyd olundu.Gingerich, Owen (1958). "The Naming of Uranus and Neptune". Astronomical Society of the Pacific Leaflets. 8: 9–15. Bibcode:1958ASPL….8….9G.
29 dekabr 1846-cı ildə Fridrix Struve Rusiya Elmlər Akademiyasına Neptun adını təklif etdi.Hind, J. R. (1847). "Second report of proceedings in the Cambridge Observatory relating to the new Planet (Neptune)" . Astronomische Nachrichten. 25 (21): 309–314. Bibcode:1847AN…..25..309.. doi:10.1002/asna.18470252102. Daha sonra Neptun adı beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildi. Neptun Roma mifologiyasında dəniz tansı idi və onun yunan mifologiyasındakı qarşılığı Poseydon idi. Yerin adından başqa digər planetlərin adları Roma mifologiyasına uyğun gəlirdi. Neptunun da bu cür adlandırılması ilə ənənəyə sadiq qalındı.Blue, Jennifer (17 December 2008). "Planet and Satellite Names and Discoverers" . USGS.