alt=X-ray vault|thumb|Radioqrafiyada istifadə olunan rentgen qutusu Qeyri-dağıdıcı yoxlama, QDY () – materialların, komponentlərin və ya sistemlərin xüsusiyyətlərinə zərər vermədən yoxlamaq üçün istifadə olunan testlər toplusu.Bu üsul, komponentin bütövlüyünü qoruyaraq onun vəziyyətini yoxlamağa imkan verdiyi üçün sənayenin bir çox sahələrində istifadə olunur.
QDY metodlarını tətbiq edən şəxslər xüsusi sertifikasiya təlimləri almalıdırlar, çünki avadanlıqlar həssas və mürəkkəbdir, nəticələrin təhlili subyektiv ola bilər, radiasiya və ya maqnetizm kimi riskli faktorlara diqqət yetirilməlidir.
Metodları Qeyri-dağıdıcı yoxlama (QDY) metodları müxtəlif elmi prinsiplərə əsaslanan metodlara bölünür.Bu metodlar spesifik xüsusiyyətlərinə görə bəzi tətbiq sahələri üçün olduqca uyğun ola bilər, lakin digər sahələrdə isə az və ya heç bir fayda verməyə bilər. Buna görə də, doğru metodun seçilməsi QDY-nin yerinə yetirilməsində əsaslı rol oynayır. Vizual inspeksiya (VT) – ən sadə üsuldur, materialların vizual baxış keçilərək yoxlanmasıhttps://www.asnt.org/what-is-nondestructive-testing/methods/visual-testing Penetrant testi (PT) – səthə açıq qüsurların yoxlanması Maqnit hissəcik testi (MT) – ferromaqnit materiallarda qüsurların yoxlanmasıhttps://www.asnt.org/what-is-nondestructive-testing/methods/magnetic-particle-testing Radioqrafik test (RT) – X-şüaları, qamma şüaları və ya neytronlar vasitəsilə qüsurların yoxlanması Ultrasəs testi (UT) – yüksəktezlikli səs dalğaları ilə daxili qüsurların yoxlanması Eddi cərəyan testi (ECT) – elektrik keçirici materiallarda qüsurların elektromaqnit induksiya ilə aşkar edilməsi.
Tətbiq sahələri Mühəndislik (tikinti, mexaniki, elektrik, neft)https://www.asnt.org/what-is-nondestructive-testing/industries Aviakosmik və Aeronavtika Tibbi Görüntüləmə – exokardioqrafiya, ultrasəs, rəqəmsal rentgenhttps://www.azooptics.com/Article.aspx?ArticleID=1719 İncəsənət və Arxeologiya – əsərlərə zərər vermədən yoxlamaq Əyləncə Sənayesi – atraksionların təhlükəsizliyinin yoxlanması.
Əhəmiyyəti İstehsalatda dayanmanı və zərəri azaldır – QDY texnologiyaları vasitəsilə məhsul və avadanlıqların vaxtında yoxlanması, qəfil sıradan çıxmaların qarşısını alır və istehsalat prosesində fasilələri minimuma endirir. Təhlükəsizliyi və etibarlılığı artırır – müntəzəm və sistemli yoxlamalar nəticəsində potensial təhlükəli qüsurlar vaxtında aşkarlanır və aradan qaldırılır, bu da həm işçi heyətinin təhlükəsizliyini, həm də avadanlığın etibarlı işləməsini təmin edir. Vaxt və maliyyəyə qənaət edir – ənənəvi dağıdıcı sınaqlardan fərqli olaraq, QDY prosesləri məhsulun istifadəyə yararlı vəziyyətdə qalmasını təmin etdiyindən əlavə xərclərin qarşısını alır və ümumi texniki xidmət xərclərini azaldır. Potensial problemləri erkən mərhələdə aşkar edir, davamlılığı artırır – kiçik çatlar, boşluqlar və ya material qüsurları istismar zamanı böyümədən əvvəl müəyyən edilir və bu, avadanlığın uzunmüddətli və fasiləsiz fəaliyyətinə zəmin yaradır.
ISO 9712 ISO 9712 standartı qeyri-dağıdıcı yoxlama (QDY) sahəsində çalışan personalın ixtisaslaşması və sertifikatlaşdırılması üçün tələbləri müəyyən edir.Beynəlxalq Standartda göstərilən sistem, mövcud QDY metodları daxilində yeni üsullar və ya başqa QDY üsulları üçün də tətbiq oluna bilər. Bunun üçün müvafiq və əhatəli bir sertifikatlaşdırma sxemi mövcud olmalı və bu metod və ya texnika beynəlxalq, regional və ya milli standartlarla əhatə olunmalı, yaxud sertifikatlaşdırma orqanını qane edəcək şəkildə effektivliyi sübut edilməlidir. Sertifikatlaşdırma aşağıdakı bir və ya bir neçə üsul üzrə səriştəliliyi əhatə edir
Akustik emissiya testləri Eddi cərəyan testləri İnfraqırmızı termoqrafik testlər Sızma testləri (hidravlik təzyiq testləri istisna olmaqla) Maqnit testləri Penetrant testləri Radioqrafik testlərU. S. Patent 3,277,302, titled "X-Ray Apparatus Having Means for Supplying An Alternating Square Wave Voltage to the X-Ray Tube", granted to Weighart on October 4, 1964, showing its patent application date as May 10, 1963 and at lines 1–6 of its column 4, also, noting James F. McNulty’s earlier filed co-pending application for an essential component of invention: Deformasiya testləriASTM E1351: "Standard Practice for Production and Evaluation of Field Metallographic Replicas" (2006)BS ISO 3057 "Non-destructive testing — Metallographic replica techniques of surface examination" (1998) Ultrasəs testləri Vizual inspeksiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Materialşünaslıq Kateqoriya:Keyfiyyətə nəzarət