Geothlypis trichas (Adi sarıboğaz) — Həmçinin sarı bandit və ya Merilend sarıboğazı kimi də tanınan, "Yeni Dünya"nın silvi quşlarından (Parulidae) biri.

Təsvir

Adi sarıboğaz kiçik oxuyan quşlardandır, zeytun rəngli bel, qanad və quyruğa, sarı boğaz və döşə, ağ qarın hissəsinə malikdir. Yetkin erkəklər boyunun yan tərəflərindən gözlər və alın boyunca uzanan qara maskaya malikdirlər, bu maska yuxarıdan ağ və ya boz rənglə haşiyələnir. Dişilər görünüş etibarilə oxşardır, lakin alt hissələri daha solğun rəngdədir və qara maska yoxdur. Gənc quşlar yetkin dişilərə bənzəyir. Birinci il erkəklərdə zəif qara maska olur ki, bu maska yaz fəslində tamamilə qaralır.

Bu quşun 13 yarımnövü var. Bu yarımnövlər əsasən erkəklərin üz naxışları və sarı alt hissələrinin parlaqlığı ilə fərqlənir. Bu quşun cənub-qərb formaları ən parlaq və ən sarı alt hissələrə malikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları