Naja siamensis (Siam tüpürən kobrası) — Həmçinin "Hind-Çin tüpürən kobrası", "Tay tüpürən kobrası", "qara və ağ tüpürən kobra" kimi tanınan, Cənub-Şərqi Asiyada tapılan bir "tüpürən kobra" növü.

Təsvir

Bu orta ölçülü elapid növüdür və Naja cinsinə aid digər kobralara nisbətən daha incə quruluşa malikdir. Bu növün bədən rəngi bozdan qəhvəyiyə və qaraya qədər dəyişir, üzərində ağ ləklər və ya zolaqlar olur. Ağ rəngli naxışlar o qədər geniş yayıla bilər ki, ilanın böyük hissəsini örtür. Mərkəzi Taylandda qara və ağ rəngli faza çox yayğındır, qərbi Taylanddan olan nümunələr əsasən qara, digər yerlərdən olanlar isə adətən qəhvəyi rəngdədir. Başlıq işarəsi eynək şəkillidir, xüsusilə yetkin fərdlərdə qeyri-müntəzəmdir və ya tamamilə yox ola bilər. Yetkin fərdlərin orta uzunluğu 0,9 ilə 1,2 metr (3,0 ilə 3,9 fut) arasındadır, lakin nadir hallarda 1,6 metr (5 fut) uzunluğa çata bilər. Yetkin fərdlərin çəkisi təxminən 1,600 qramdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1768-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Həssas növlər