Triçer Kollins sindromu — Genetik bir xəstəlikdir və qulaqların, gözlərin, yanaq sümüklərinin və çənənin deformasiyası ilə xarakterizə olunur.

Müalicə

Triçer Kollins sindromunun müalicəsi, tənəffüs və qidalanma məsələlərini həll etməklə başlayır. Bəzən hava yolunun qorunması üçün "traheostomiya" və qidalanma üçün qastrostomiya tələb oluna bilər. Üz quruluşunun düzəldilməsi üçün cərrahiyyə müdaxilələri mövcuddur, bunlar inkişaf səviyyəsinə görə müəyyən yaşlarda həyata keçirilir. Eşitmə itkisi, sümük keçirmə texnologiyası, nitq terapiyası və təhsil müdaxilələri ilə müalicə edilə bilər.

Psixoloji dəstək

Triçer Kollins sindromu ilə əlaqəli psixoloji simptomlar arasında narahatlıq, depressiya, sosial fobiya və bədən imici ilə bağlı çətinliklər yer alır. Bu xəstəlikdən əziyyət çəkən şəxslər tez-tez ayrımçılıq və zorakılığa məruz qala bilərlər. Bu səbəblə, psixoloji dəstək və valideyn dəstəyi çox önəmlidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Genetik xəstəliklər və pozuntular Kateqoriya:Dayaq-hərəkət sisteminin anadangəlmə pozuntuları Kateqoriya:Birləşdirici toxuma xəstəlikləri Kateqoriya:Kəşf edənin adını daşıyan xəstəliklər