thumb|Miluoki Protokolunun hazırlandığı Viskonsin uşaq xəstəxanası Miluoki Protokolu () insanlarda kəskin quduzluq infeksiyası üçün eksperimental müalicə üsuludur. Müalicə xəstənin induksiya edilmiş komaya salınmasını və virus əleyhinə dərmanların verilməsini əhatə edir. Protokol Cina His adlı pasientin xəstəliyinin uğurlu müalicəsindən sonra Rodni Uillobi tərəfindən hazırlanmış və adlandırılmışdır. Viskonsindən olan yeniyetmə His quduzluğa qarşı peyvənd almadan simptomatik quduzluqdan sağ qalan altı məlum xəstədən birincisi oldu. Miluoki Protokolu bəzən "Viskonsin Protokolu" olaraq da adlandırılır ().

Protokolun çatışmazlıqları arasında uğurlu müalicənin aşağı ehtimalı və baha olmasıdır.

Statistik göstəricilər Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, klinik simptomların görünməsindən sonra sağ qalma son dərəcə aşağıdır, 2016-cı ilə qədər simptomlar göründükdən sonra sağ qalmanın sayı ilə bağlı 15 hadisə sənədləşdirilmişdir (bunlardan 14-ü simptomlar görünməzdən əvvəl quduzluq peyvəndi almışdır) və onların əksəriyyəti ciddi fəsadlarla sağ qalmışlar.

2012-ci ilin əvvəlində Miluoki Protokoluna əsasən quduzluqdan sağalmanın sayı ABŞ-da cəmi 4 nəfər hesablanırdı və o dövrdə bütün dünya üçün 6 belə hal məlum idi.

2020-ci ilə qədər protokolun tətbiqi ilə bağlı təxminən 35 hadisə qeydə alınmışdır və sonda sağ qalma nisbəti 20% hesablanmışdır.

Hazırda quduzluğun simptomları başlayandan sonra effektiv müalicə üsulu yoxdur.

Ədəbiyyat

Protokol (2009-cu ildən 3.1 versiyası) Protokol (2012-ci ilin sentyabrından 4-cü versiya) Miluoki Protokolu, versiya 6 (noyabr 2018-ci ildə yenilənib)

Zeiler FA, Jackson AC. Quduzluq üçün Miluoki protokolunun tənqidi qiymətləndirilməsi: bu uğursuz yanaşmadan imtina edilməlidir . Can J Neurol Sci. 2016;43(1):44-51. PMID 26639059 .

İstinadlar

Xarici keçidlər

ÜST məlumat vərəqləri: Quduzluq, 13 sentyabr 2018-ci il

Kateqoriya:Tibbi prosedurlar Kateqoriya:Müalicə