İvan Raşevski Qriqoryeviç (; ) — ukraynalı rəssam, heykəltəraş, tənqidçi və sənətşünası.

O, Çerniqov Ukrayna Qədim Əsərlər Muzeyinin direktoru, Çerniqov Xalq Kitabxanasının yaradıcılarından biri omuş, Çerniqovda Taras Şevçenkonun ilk abidəsinin qoyulmasında böyük rol oynamışdır. Həyatı İvan Qriqoryeviç 27 yanvar 1849-cu ildə indiki Xarkov vilayətinin Çuquyev şəhərində anadan olub. Raşevskilər ailəsinin Çerniqov vilayətinin Veliki Osnyaki kəndində mülkü olduğundan, rəssamın həyatının çox hissəsi Kazak hetmanlığı ilə bağlı olub.

O, 1873-cü ildə Kiyev Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsini bitirdikdən sonra, İmperator İncəsənət Akademiyasına daxil olur. İxtisasca peyzajçı rəssam olub. Eyni zamanda Raşevski Parisə də səfər edib. 1875-ci ildə Akademiyadan ayrılaraq Ukraynaya, Çerniqova qayıdıb.

1876-1879-cu illərdə Çerniqov Zemstvo Şurasının üzvü olub, həm də beynəlxalq hakim kimi də fəaliyyət göstərib. Kiyev, Sankt-Peterburq, Çerniqovda keçirilən çoxsaylı sərgilərdə fəal iştirak edib. Kolleksioner olub. Onun kolleksiyasına, xüsusilə İlya Repin, Vasili Surikov, Mixail Jukun rəsmləri, həmçinin qab-qacaq və tikmələr də daxildir. 1908-ci ildə xaricə səfər edən İvan Qriqoryeviç, Qara dənizdən Yunanıstana doğru olan səfər marşrutunu "Bosfor" (1908), "Sokrat həbsxanası" (1908) və s. rəsm əsərlərində əks etdirib.

1912-ci ildə V.V.Tarnovski Çerniqov Ukrayna Antik Əsərləri Muzeyinin direktoru olub. O, ömrünün son illərini Çerniqovda yer alan Taras Şevçenko abidəsinin təsdiq edilmiş layihəsi üzərində işləməyə həsr etmişdir.

O, 1921-ci il iyulun 20-dən 21-nə keçən gecə vəfat etmiş və Yüksəliş kilsəsinin qəbiristanlığında dəfn edilmişdir.Этот факт установлен благодаря сообщению научного сотрудника Черниговского исторического музея Е. М. Шпилевского, нашедшего некролог об И. Г. Рашевском в черниговской газете «Известия» за 1921 г.

İvan Raşevskinin nekroloqu: (orijinal yazı)

"Qubpolitprosvet xəbər verir ki, bu il iyulun 20-dən 21-nə keçən gecə rəssam, 1-ci Sovet Ukrayna Muzeyinin rəhbəri İvan Qriqoryeviç RAŞEVSKİ vəfat edib. İyulun 22-də saat 20:30-da Yüksəliş kilsəsi qəbiristanlığında dəfn ediləcək".

Yaradıcılıq irsi Ukrayna Rəssamlıq Akademiyası tərəfindən təqdim olunmuş, İvan Qriqoryeviç Raşevskinin əsərlərinin kataloqunda 170-dən çox əşya var. Böyük Vətən müharibəsi illərində İ.Q.Raşevskinin bir çox əsərləri itmişdi. Hazırda Ukrayna Milli İncəsənət Muzeyində, Taras Şevçenko adına Milli Muzeydə, həmçinin Çerniqov muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan 40-a yaxın əsəri məlumdur. Іван Рашевський. Каталог творів

Raşevskinin məşhur rəsmləri sırasına: "Desna boyu" (1889), "Desna", "İmtahan üçün", "Bağda gölməçə" (1892), "Kəndli evində", "Spasada" (1900); heykəlləri sırasına isə: "Musiqiçi Dluskinin portret heykəli" (1889), "Poprişin" (1892), T.Şevçenkonun abidəsi üçün layihələr (1921) daxildir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Рашевський Іван Григорович Життя і творчість Івана Рашевського Іван Рашевський — співець Чернігівського краю

Kateqoriya:Ukrayna tənqidçiləri Kateqoriya:Ukrayna heykəltaraşları Kateqoriya:Ukrayna rəssamları Kateqoriya:Peyzaj rəssamları