Larus californicus (Kaliforniya qağayısı) — Orta ölçülü bir qağayı növü.
Təsvir
Yetkin fərdlər rinqa qağayısına bənzəyir, lakin qəhvəyi gözləri, sarı ayaqları və daha yumru başı var. Bədəni əsasən ağ rəngdədir, beli və üst qanadları bozdur. Dimdiyi sarı rəngdədir, qara halqalı və ucuna yaxın qırmızı ləkə var. Qanadlarının ucları qara, ağ ləkəlidir. Cavan fərdlər də rinqa qağayısının cavan fərdlərinə bənzəyir, lakin rinqa qağayısından daha qəhvəyi rəngdədir. Uzunluğu 46-55 sm, qanadları arası məsafə 122-137 sm, çəkisi isə 430-1045 qram arasında dəyişir.CRC Handbook of Avian Body Masses by John B. Dunning Jr. (Editor). CRC Press (1992), .
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1854-cü ildə təsvir edilən quşlar Kateqoriya:Şimal-qərbi ABŞ quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Meksika quşları Kateqoriya:Qağayı